FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan muğamlarının bənzərsiz ifaçısı
21-08-2015, 09:05 | XƏBƏR
Azərbaycan muğamlarının bənzərsiz ifaçısı

İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkarlardandır.

Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb.

"Xan" ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında "Kürdü Şahnaz"ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: "Bəlkə sən də bizim üçün "Kürdü Şahnaz"ı oxuyasan?" - deyir.

İsfəndiyar 12-13 yaşından başlayaraq, saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. "Kürdü Şahnaz"ı zilə çəkən İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə "Əsl xan elə bu imiş ki!" - deyir. Vəcdə gələn İslam Abdullayev isə "Bu gündən sənin adın oldu Xan Şuşinski" – deyərək ona ustad xeyir-duasını verir.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

Görkəmli xanəndə Xan Şuşinskinin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi əslində Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.(AzərTAc)
 Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb. Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır.

 
 



Baxış sayı: 2 415
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930