Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş “İqlim dəyişikliyi və İnsan hüquqları: Ombudsman və Milli İnsan Hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Səfərdə Azərbaycan ombudsmanı Səbinə Əliyeva, eləcə də Türkiyə, Macarıstan, Qırğızıstan, Filippin, Keniya, Şimali Makedoniya, Mərakeş və Moldovadan ombudsmanlar, milli insan hüquqları institutlarının rəhbərləri, informasiya komissarları və insan hüquqları sahəsində ekspertlər iştirak edirlər.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş çoxsaylı genosid, urbisid, ekosid, kultursid cinayətləri və digər faktlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda yerində müşahidələr aparılacaq.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
