FACT-INFO.AZ » QHT » Alimlər hepatit C virusunun hüceyrələrə necə yoluxduğunu aşkarlayıblar
29-09-2024, 10:00 | QHT
Alimlər hepatit C virusunun hüceyrələrə necə yoluxduğunu aşkarlayıblar

Dünyada milyonlarla insanı əhatə edən hepatit C virusuna qarşı ümidverici addım atılıb. Kopenhagen Universitetinin alimləri hepatit C virusunun hüceyrələrə necə yoluxduğunu açıqlayıblar. Bu mühüm kəşf xəstəliyə qarşı peyvəndin hazırlanmasına yol aça bilər.

Əcnəbi medianın xəbərinə görə, hepatit C dünya üzrə təxminən 58 milyon insanda xroniki iltihaba səbəb olur və hər il 300 min insanın ölümü bu səbəbdən baş verir.

Mövcud müalicələr virusun yayılmasını dayandırmaq üçün kifayət etməsə də, peyvəndin yaradılması səyləri uzun müddətdir ki, davam edirdi. Ancaq virusun hüceyrəyə necə daxil olduğunu tam başa düşməmək bu prosesdə əsas maneə idi. Kopenhagen Universitetində fənlərarası tədqiqat qrupu bu problemin həllində əhəmiyyətli irəliləyiş əldə ediblər.

Kopenhagen Universitetinin dosenti Jannik Prento bildirib ki, ilk dəfə olaraq hepatit C virusunun səthindəki hüceyrələrə bağlanmasına imkan verən zülal kompleksi kəşf edilib: “Bu, virusun hüceyrəyə necə daxil olduğunu başa düşmək üçün mühüm addımdır. Bu yeni məlumat virusun hüceyrələrə daxil olmasını əngəlləyən bir peyvəndin hazırlanmasına imkan verə bilər”.

Postdoktoral tədqiqatçı Elias Augestad əlavə edib ki, həmin zülal kompleksinin strukturunu açmaq bizə virusun hüceyrələrə yoluxmasının qarşısını alacaq peyvəndlər hazırlamağa imkan verəcək: “Hepatit C virusunda hüceyrənin bağlanmasını təmin edən zülal kompleksinin quruluşu koronavirusdakı “sünbül zülalı”na bənzəyir. Lakin hepatit C-də bu zülalların funksiyası fərqli olsa da, virusun hüceyrəyə daxil olma mexanizmi eyni şəkildə işləyir”.

Bu tədqiqat hepatit C virusuna qarşı peyvəndin hazırlanması üçün mühüm əsas yaradır. Alimlər bu yeni kəşflə immun sisteminin hepatit C virusunun səthinə bağlanacaq və bununla da virusu zərərsizləşdirəcək anticisimlər istehsal etməsini təmin etməyi hədəfləyirlər.

Kopenhagen Universitetinin Sağlamlıq və Tibb Elmləri Fakültəsinin iki şöbəsi ilə birgə aparılan bu araşdırma “Nature” jurnalında dərc olunub.




Baxış sayı: 130
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30