Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 Sentyabr – Anım Günü münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.
Anım mərasimi ərazi bütövlüyümüzün müdafiəsi, dövlət suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin ruhlarına ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Universitet rəhbərliyi tərəfindən universitetdə ali təhsil ocağında yaradılmış “Zəfər guşəsi” ziyarət edilib, guşəyə tər çiçəklər düzülüb.
Mərasim iştirakçıları müasir Azərbaycanın və dövlət müstəqilliyimizin memarı olan Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış abidəsinini ziyarət edib, ruhunu ehtiramla yad ediblər.
Həmçinin, universitetin fakültələrində də Anım Günü müxtəlif tədbirlərlə qeyd olunub, vətən uğrunda canlarından keçən qəhrəman övladların xatirələri yad olunub.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
