FACT-INFO.AZ » QHT » BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə yan tədbiri keçirilib
21-09-2024, 13:30 | QHT
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə yan tədbiri keçirilib
BMT-nin “Gələcəyin Sammiti” çərçivəsində 20 sentyabr 2024-cü ildə Nyu-Yorkda Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) və Azərbaycan Gənclərinin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Daha inklüziv COP29-a doğru: iqlim ədalətinə nail olmaq üçün gender bərabərliyi və sahələrarası uzlaşma üzrə əsas meyillərin ümumi axına qoşulması” mövzusunda yan tədbir təşkil olunub. Yan tədbirin tərəfdaşları BMT-nin Qadınlar Təşkilatı (UN Women), Qadınların Əsas Qrupu (UN Major Group), Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olub.
Yan tədbirdə 35 ölkədən 60 nəfər QHT təmsilçisi iştirak edib.
Tədbirin moderatoru COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Gənclərinin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyininin sədri Məryəm Məcidova yan tədbirin əsas mahiyyəti barədə iştirakçıları məlumatlandırıb, iqlim ədalətinin gender aspektlərindən bəhs edib.
Pan-Afrika Ədalətli İqlim Alyansının (PACJA) İcraçı direktoru Dr. Mitika Mwenda, BMT-nin Qadınlar Təşkilatının İqtisadi Gücləndirmə üzrə qrup rəhbəri Dr. Jemimah Njuki, Keniya prezidentinin qadın hüquqları üzrə müşaviri Harriete Chiggai məruzələrlə çıxış edib.
Onlar Azərbaycanın COP29-la əlaqədar qlobal təşəbbüslərinin önəminə toxunub və təqdir ediblər.
Panel müzakirələrdə “Qadınların iqtisadi gücləndirilməsi, məlumat və iqlim dəyişmələri” mövzusunda Keniyanın “SDG Forum” təşkilatının icraçı direktoru Florens Syevuo, “İnsanların hərbi hüquqları, sülh və iqlim dəyişmələri” mövzusunda Nepalın İnsan Hüquqları və Ədalət Mərkəzinin (HRJC) icraçı direktoru Ojaswi K.C, “Yerli xalqları yeni iqtisadiyyatda gücləndirmək: qədim bilikləri müasir innovasiya ilə birləşdirmək” mövzusunda “IndiGenius Global” təşkilatının təsisçisi Aytəkin Əsgərova, “Gender ədalətli iqlim həlləri: qadınların lokal liderliyi və bunun milli səviyyədə iqlim siyasətləri üçün təsiri” mövzusunda “WMG”/“WECF” təşkilatlarının icraçı direktoru Sascha Gabizon, “Gender, irqi və iqtisadi ədalət üçün iqlim ədaləti çərçivələri: keçidi tənzimləmək üçün yollar” mövzusunda “WECAN” təşkilatının icraçı direktoru Osprey Orielle Lake çıxışlar edib.
Tədbirdə COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da iştirak edib.
Yan tədbir sual-cavab sessiyası ilə başa çatıb.



Baxış sayı: 180
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30