Fevralın 27-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Praqada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini təşkil edəcək. Tədbirdə “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsində yerləşdirilib.
“Sonsuz dəhliz” filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.
Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Praqada keçiriləcək tədbir haqqında ətraflı məlumatı aşağıdakı linkdən öyrənmək olar: https://www.eventbrite.co.uk/e/khojaly-memorial-evening-prague-endless-corridor-tickets-31675405992
Baxış sayı: 1 878
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

