Azərbaycan hökuməti COP29-un təşkili və onun uğurlu nəticəsini təmin etmək üçün çox çalışır və bu konfransdan iqlim dəyişikliyi məsələlərində əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləyirlər.
Fact-info.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının Prezidenti Dennis Frensis BMT-nin Nyu-Yorkdakı qərargah binasında "Report"un ABŞ bürosunun sualına cavabında deyib.
D.Frensis prezidentliyi ərzində Azərbaycanda COP29 komandası ilə görüşdüyünü və hazırlıqları yaxından izlədiyini bildirib.
O əlavə edib ki, COP29-dan ən çox gözlənilən iqlim böhranının qsrşısının alınması üçün maliyyə vəsaitlərinin artmasıdır:
"İqlim böhranının həlli narahatedici bir məsələ olaraq qalır. Maliyyə vəsaitləri artırılmalıdır. Biz keçən il COP28-də itki və zərər fondunun yaradılmasını alqışladıq. Bu, həqiqətən düzgün addım idi, bir neçə dövlət, o cümlədən ABŞ, Avropanın bəzi ölkələri və BƏƏ bu fəaliyyətləri dəstəklədi. Aydındır ki, fondun dirçəldilməsinə əhəmiyyətli dərəcədə ehtiyacı var, çünki itkilər və zərərlər ildən-ilə artmaqda davam edir. Biz islahatların aparılması üçün tələb olunan maliyyə vəsaiti olmadan iqlim dəyişikliyi ilə bağlı irəliləyişə nail ola bilmərik".
Baxış sayı: 60
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
