Avstraliyanın Murdoch Pediatrik Tədqiqat İnstitutunda aparılan araşdırmalar çərçivəsində laboratoriyada istehsal edilən kök hüceyrələr siçanlara uğurla yeridilib.
Anadolu Agentliyi xəbər verir ki, laboratoriyada yetişdirilmiş həmin kök hüceyrələr siçanların təxminən 50 faizinin çoxmərhələli sümük iliyinin formalaşması zamanı müşahidə edilib. Tədqiqatçılar laboratoriyada yetişdirilən kök hüceyrələrin siçanlara uğurla yeridilməsinə baxmayaraq, insanlar üzərində klinik sınaqların aparılmasının hələ tez olduğunu bildiriblər.
Xəstələrdən alınan nümunələrdən yaradılan kök hüceyrələrin donor və hüceyrənin alıcısı arasında uyğunsuzluq riskini aradan qaldıra biləcəyini ifadə edən tədqiqatçılar, bu şəkildə istehsal edilən kök hüceyrələrin sümük iliyi kimi qan xəstəliklərinin genetik səbəblərini aradan qaldıraraq xəstələri müalicə edə biləcəyini bildirib.
Araşdırma “Nature” jurnalında dərc olunub.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
