“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsinin icrasına başlayıb.
01.08.2024 – 31.10.2024-cü il tarixində icra olunacaq layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə hüquqi məsuliyyət və narkotik vasitələr və psixotrop maddələrdən istifadənin insan sağlamlığına mənfi təsirləri barədə maarifləndirməkdir. Layihə üzrə qarşıya qoyulan vəzifələr yeniyetmə və gənclər arasında zərərli vərdişlərlə bağlı maarifləndirmə işlərinin aparılması, yeniyetmə və gənclərin narkotik vasitələrə meylliliyinin azaldılması, risk qrupuna daxil olan şəxslərin zərərli vərdişlərdən çəkindirilməsi, yeniyetmə və gəncləri narkomaniyanın sağalmaz xəstəliklərə “ayaq” açması ilə bağlı maarifləndirilməsindən ibarətdir.
“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi çərçivəsində Lənkəran, Şirvan, Cəlilabad, Masallı və Salyan rayonlarında tədbirlər keçiriləcəkdir.
Tədbirdə iştirak etmək istəyən şəxslər “Dünya” Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyxanım Əliyeva (tel: (055) 926-32-15) ilə əlaqə yarada bilərlər.
Baxış sayı: 200
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

