FACT-INFO.AZ » SİYASƏT » Bu gün bölgənin strategiyasını və gələcəyini yeni Azərbaycan doktrinası müəyyən edir
24-08-2024, 11:00 | SİYASƏT
Bu gün bölgənin strategiyasını və gələcəyini yeni Azərbaycan doktrinası müəyyən edir

Azərbaycanın 44 günlük Zəfər yürüşündən sonra Prezident İlham Əliyevin də dediyi kimi, Cənubi Qafqazda işğala əsaslanan status-kvo dağıdıldı. Yeni, mövcud status-kvo Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində imzalanan Şuşa Bəyannaməsi ilə yaradıldı. Bununla əlaqədar ermənilərin havadarları Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə ruhlandırmaq və Qarabağla bağlı iddialarını yenidən dirçəltmək üçün fəaliyyətə keçdilər. Burada Avropa İttifaqı daxilindəki ermənipərəst dairələr, o cümlədən Fransadakı erməni lobbisi və ABŞ erməniləri daha çox fəallıq göstərirlər. Baş nazir Nikol Paşinyan hər nə qədər davamlı sülhü dəstəkləsə də, Ermənistanın daxilində və xaricdəki lobbisi buna qarşı çıxır.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuzaslan söyləyib.

Qərbi Azərbaycan İcmasının bəzi Qərb dairələrinin Azərbaycan əleyhinə bir sıra erməni separatçıları ilə təmaslarını aktivləşdirmələrinə dair bəyanatını şərh edən Güngör Yavuzaslan deyib: “Bəyanatda da qeyd edildiyi kimi, hazırda qatillər və irqçilər ilə təmas quran Qərb qüvvələri var. Bu nümunələrdən sonuncusunu Ermənistanın suverenliyinə və torpaq bütünlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçan, lakin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə təhdid edən Xocalı qatili, irqçi Robert Köçəryanın dəstəsindən olan Oskanyan kimilərlə təmaslarını aktivləşdirən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaarın simasında gördük. Lakin onların bütün səyləri boşboğazlıqdan başqa bir şey deyil. Belə insanları biz medianın dili ilə desək, “heç bir təsiri olmayan kadr” adlandırırıq”.

Bu gün bölgənin strategiyasını və gələcəyini Prezident İlham Əliyevin yaratdığı yeni Azərbaycan doktrinasının müəyyənləşdirdiyini söyləyən ekspert vurğulayıb: “Bu yeni Azərbaycan doktrinası Rusiya Prezidenti Vladimir Putini ölkəsində qəbul etmək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə strategiyalar ortaya qoymaq, Türk Dövlətləri Təşkilatı daxilində yeni mövqe nümayiş etdirərək Şimali Kipr Türk Cümhuriyyətinin bayrağını Bakıda dalğalandırmaqdır. Yəni, bölgənin hazırkı strategiyası Prezident İlham Əliyevin baxışına doğru istiqamətlənir. Bütün bunlar yeni dövrün şifrələridir”.

“Qərbin Ermənistan sevdası Rusiya-Ukrayna müharibədən sonra bölgədə yeni həssas nöqtə yaratmaqdır. Buna görə də bəzi Qərb dairələrinin bu istiqamətdə addımlarını davam etdirəcəyini düşünürəm. Bu, Ermənistanın silahlandırılması, yaxud müxtəlif diplomatik yollardan istifadə edərək mövzuya qarışması ilə də ola bilər. Lakin əsas məqam odur ki, qondarma “Dağlıq Qarabağ respublikası” artıq çoxdan tarixin yaddaşına köçüb. Bundan sonrakı strategiya və təhlükəsizliyi isə yeni doktrina müəyyən edəcək ki, onun da adı Yeni Azərbaycandır”, - deyə ekspert diqqətə çatdırıb.




Baxış sayı: 115
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30