FACT-INFO.AZ » QHT » Türkiyəli ekspert: Ümidvaram ki, Ankara da Bakının BRICS-ə daxil olmaq qərarından nümunə götürəcək
21-08-2024, 10:30 | QHT
Türkiyəli ekspert: Ümidvaram ki, Ankara da Bakının BRICS-ə daxil olmaq qərarından nümunə götürəcək

Ümidvaram ki, digər ölkələr, xüsusən də Türkiyə BRICS-ə daxil olmaqla bağlı rəsmi müraciət edən Azərbaycandan nümunə götürəcəklər. Fact-info.az  AZƏRTAC- a istinadən xəbər verir ki, bu fikri “CGTN Türk” telekanalının efirində Mərmərə Universitetinin professoru Hüseyn Barış Doster ifadə edib. 

Onun sözlərinə görə, müasir dünyada BRICS kimi təşkilatlar “ABŞ imperializminə əsaslanan Qərb hökmranlığı sisteminə qarşı çıxan” Qlobal Cənubun ruporuna çevrilir.

Mərmərə Universitetinin professoru əlavə edib: “Dialoqun Vaşinqtonun müəyyən etdiyi vektorlar ətrafında qurulduğu qlobal münasibətlər sistemi əvvəlki əhəmiyyətini itirir. Bu, həm hərbi-siyasi bloklara, həm də ABŞ-ın rəhbərlik etdiyi iqtisadi, siyasi və diplomatik ittifaqlara aiddir. Bu proseslərin fonunda Qlobal Cənub dövlətlərinin - uzun müddət “məzlum” dövlətlər rolunda qalan inkişaf etməkdə olan ölkələrin rolu artır”.

Ekspert Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ötən əsrin əvvəllərində məzlum xalqların birlik və təşkilatlarının sayının artmasını müsbət amil adlandıran sözlərini xatırladıb.

Ekspert vurğulayıb: “Bu ittifaqların gücləndirilməsi imperialist cərəyanların zəifləməsi ilə nəticələnəcək və Qlobal Cənubu dünya səhnəsində keyfiyyətcə yeni mövqelərə çıxaracaq. BRICS, ŞƏT, Çin-Afrika Əməkdaşlıq Forumu və Türk Dövlətləri Təşkilatı kimi təşkilatlar ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək edir, xarici siyasət və iqtisadiyyat sahələrində addımların əlaqələndirilməsinə zəmin yaradır, dövlətlərarası problemlərin həllinə töhfə verir”.

Hüseyn Barış Doster imperialist dairələrin təşkilata üzv dövlətlərin, o cümlədən Türkiyənin yerləşdiyi regionun daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması kontekstində BRICS platformasının əhəmiyyətini də qeyd edib. O bildirib ki, bu, xarici təzyiq imkanlarını da məhdudlaşdıracaq.

Mərmərə Universitetinin professoru vurğulayıb ki, dünyada hər bir ölkənin bir-birindən fərqli xarici siyasət prioritetləri var və bu, təbiidir. “Bu məsələ Türkiyə və Azərbaycana da aiddir. “Bir millət, iki dövlət” ideyası və ölkələrimizin xarici siyasət prioritetləri kontekstində Ankara ilə Bakının birliyi anlayışlarını aydın şəkildə dəqiqləşdirmək lazımdır. Türkiyə və Azərbaycanın müəyyən məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı yanaşmalarda mövqeləri fərqli ola bilər”, -deyə o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələri fonunda Bakının dünyada mövqeyi möhkəmlənib. “Bu gün Azərbaycan öz gücünə inanan və Cənubi Qafqazın lideri olan dövlətdir. Bakı hərbi, siyasi və iqtisadi gücünə əsaslanaraq, özünü yüksək səslə regional aktor kimi elan etməyə çalışır. Buna Azərbaycanın məsələn, Fələstində və ya Ukraynada münaqişələrin həllində vasitəçi qismində göstərdiyi səylər də kömək edə bilər”, -deyə türkiyəli ekspert sözlərinə yekun vurub.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30