FACT-INFO.AZ » QHT » Rusiya Prezidentinin bu səfəri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir
19-08-2024, 21:00 | QHT
Rusiya Prezidentinin bu səfəri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqəti cəlb edib, ciddi ajiotaj yaradaraq, birmənalı qarşılanmayıb, müxtəlif, bəzən də ziddiyyətli yanaşmalara səbəb olub. Əlbəttə, bu cür yanaşmaların obyektiv və subyektiv səbəbləri var. Etiraf edək ki, Rusiya üçün, yumşaq desək, heç də asan olmayan dövrdə ölkə rəhbərinin bu səfəri marağı artırmaqla yanaşı, müxtəlif suallar da doğurub.

Bunu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini AZƏRTAC-a şərh edən siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

O qeyd edib ki, ilk növbədə, bu səfər hazırda Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi bütün regional məsələlərdə, regiondakı strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olmasına, həmçinin çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsinə dəlalət edir. Son illər qlobal güclər arasında artan ziddiyyətlər, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, regional ixtilaflar, dünyada və bölgədə vəziyyəti daha da kəskinləşdirib. Bütün bu kimi müxtəlif mənfi proseslərin fonunda Azərbaycanın hərtərəfli və dinamik şəkildə həyata keçirdiyi, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun siyasi güc mərkəzləri ilə sıx əməkdaşlığın, əksər dövlətlərlə, xüsusilə də qonşularla isti münasibətlərin qalmasını təmin edib.

“İkincisi, təbii ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.

Üçüncüsü, bu, Rusiyanın üzləşdiyi və həll etmək istədiyi bir sıra məsələlərlə bağlıdır. Belə ki, 2022-ci ildə Ukrayna ilə müharibənin başlanmasından sonra Vladimir Putin ilk dəfədir ki, Azərbaycana gəlir. Hazırda Rusiyanın Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqləri ilə əlaqələrini qorumağa, imkan daxilində möhkəmləndirməyə ehtiyacı var. Digər tərəfdən, son iki ildə Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə Rusiyanın qaz ixracatı demək olar ki, dayandırılıb. Əksinə Azərbaycan Avropa İttifaqı ilə müqavilə imzalayıb və Rusiya qazından imtina edən ölkələrə daha çox qaz ixracı barədə razılaşma əldə edilib”, - deyə siyasi şərhçi bildirib.

O deyib ki, son dövrlər Azərbaycan ilə Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqlar aparır, sülh müqaviləsini bağlamağa hazır olduqlarını bəyan edirlər. Qərbin iki ölkə arasındakı sülh prosesində fəallaşması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılması və sair kimi məsələlər də Rusiyanın diqqətindədir. Kremlin bir müddət əvvəl “Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür kömək göstərməyə hazırdır” bəyanatı da sübut edir ki, Rusiya Cənubi Qafqazda sülh prosesində fəallığını artıracaq.

“Azərbaycan nəinki regionda, həmçinin daha geniş arealda - Şərqi Avropa və Yaxın Şərqdə kifayət qədər əhəmiyyətli aktora çevrilməkdədir və artıq dünyada dialoq məkanı kimi tanınmaqdadır. Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində ciddi rol oynaya bilər. Azərbaycan hökuməti, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Rusiya ilə də heç zaman əlaqələri kəsməyib, hər iki tərəflə əməkdaşlığı davam etdirib.

Nəhayət Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran, İsrail, Türkiyə və digər ölkələrlə əlaqələri, həmçinin BRICS, ŞƏT kimi platformalarında iştirakı, eyni zamanda, Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlığı dünyanın digər bir başağrısı və çox qorxulu təhlükə ocağı olan Yaxın Şərq, İran və İsrail arasında mümkün qarşıdurma ilə bağlı məsələlərin müzakirəsində, bu problemin həllində onun imkanlarından istifadə ehtimalını artırır”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30