FACT-INFO.AZ » QHT » Fuad Muradov: Diaspor təşkilatları ABŞ-ın bir çox ştatlarında Azərbaycanın haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər
18-08-2024, 07:00 | QHT
Fuad Muradov: Diaspor təşkilatları ABŞ-ın bir çox ştatlarında Azərbaycanın haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər

“ABŞ-da Azərbaycan icması həm 44 günlük müharibə zamanı, həm də sonrakı dövrdə çox böyük layihələr, tədbirlər həyata keçirib”. Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, bu ölkədə Azərbaycan icmasının fəaliyyəti təkmilləşir. “Çox müsbət haldır ki, bizim gənclərimiz, yeni nəsil yaxşı universitetlərə daxil olur, oxuyur, universitetlərdə Tələbə Gənclər Təşkilatı yaradırlar. Təkcə son 3 ildə 8 böyük universitetdə bu fəaliyyətlər həyata keçirilib. ABŞ-da Koordinasiya Şurası 2019-cu ildə təsis olunub və sonrakı dövrlərdə daha da təkmilləşib. ABŞ-da fəaliyyət göstərən əksər təşkilatlar həmin birliyə üzv olublar və təşkilatın adı dəyişdirilərək hazırda Azərbaycan Amerika Təşkilatı kimi fəaliyyət göstərir. Bütün ştatlarda olan diaspor təşkilatlarımız həmin təşkilata qoşulub”, - deyə komitə sədri əlavə edib.

Fuad Muradov bildirib ki, ABŞ-da yaşayan Azərbaycan icması ilə mütəmadi olaraq görüşlər olur, planlar müzakirə edilir. O, bu ayın sonunda Azərbaycan Amerika Təşkilatı tərəfindən Corctaun Universitetində ABŞ-da yaşayan Azərbaycan gənclərinin forumunun keçiriləcəyini diqqətə çatdırıb: “Bu gün həmin gənclərlə görüşdük, tədbirə hazırlığın gedişatı ilə maraqlandıq. 70-dən çox iştirakçı seçilib və artıq proqram da təsdiq olunub. Ümid edirəm ki, Azərbaycan icması üçün vacib tədbir olacaq”.

Komitə sədri bildirib ki, ABŞ-da yaşayan Azərbaycan diasporu sistematik şəkildə fəaliyyət göstərir. “Bu çox sevindirici haldır ki, bizim diaspor təşkilatlarımız ABŞ-ın bir çox ştatlarında Azərbaycanın müdafiəsi, haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər. Təbii ki, işlər çoxdur, təkmilləşmə hələ də gedir. Əsas odur ki, icmamız Azərbaycanla hər zaman fəxr edir və Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Çalışırlar ki, yaşadıqları ştatlarda Azərbaycanın mövqeyini müdafiə edib, Azərbaycanı təbliğ etsinlər”,- deyə Fuad Muradov əlavə edib.




Baxış sayı: 80
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30