Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı”na başlanılıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak edir.
3 gün ərzində Şamaxı Tədris Mərkəzində davam edəcək proqramda layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq, “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunacaq. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər aparacaq.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 350-dən çox QHT iştirak edib.
Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.
Baxış sayı: 195
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan

