2-ci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayonu və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, məzar önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Hüseynzadə Həmidağa Bağı oğlu şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda","Kəlbəcərin azad olunmasına görə" və “Şücaətə görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
