FACT-INFO.AZ » QHT » Lənkəranda sağlam ailə modelinin təbliği ilə bağlı dəyirmi masa keçirilib
12-08-2024, 16:30 | QHT
Lənkəranda sağlam ailə modelinin təbliği ilə bağlı dəyirmi masa keçirilib

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam ailə modelinin təbliği” layihəsinin icrasını davam etdirir. SİA xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Lənkəran şəhər 4 nömrəli orta məktəbində keçirilib.

Sağlam ailə modelinin qurulmasında və inkişaf etdirilməsində insanların maarifləndirilməsi məqsədi ilə keçirilən, məktəb müəllimlərinin, yuxarı şagirdlərinin, rayon ziyalılarının iştirak etdiyi dəyirmi masada “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” mövzusunda çıxışlar edilib və müzakirələr keçirilib.


Layihənin rəhbəri, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev, layihənin eksperti, sosioloq Elçin Bayramlı, jurnalist Cabir Məmmədov mövzu ilə bağlı çıxış ediblər.

Layihə rəhbəri İlham Əliyev problemin aktuallığından və sağlam ailə modelinin qurulmasında cəmiyyətin fəallığının artırılmasının vacibliyindən danışıb. İlham Əliyev bildirib ki, ailələrdə uşaqlarla valideynlər arasında səmimi, mehriban münasibətlər qurulmalı, ailə üzvləri yaşayışda və fəaliyyətdə bir-birinə dəstək olmalıdırlar.


Layihənin eksperti, sosioloq Elçin Bayramlı qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının daha aktual olduğunu, ailə institutunun qorunmasının vacibliyini qeyd edib. Ekspert gəncləri sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb.

4 saylı məktəbin direktoru Səadət Kazımova, məktəbin müəllimləri Nigar Kərimova, Gülər Sadıxova, Aida Yusubova, Nəzakət Rzayeva və digərləri mövzu ilə bağlı fikirlərini bildirib, sağlam ailə modelinin qurulmasında həmrəyliyin vacibliyini qeyd ediblər.


Sonda ictimaiyyəti və media nümayəndələrini maraqlandıran suallara cavab verilib.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30