FACT-INFO.AZ » QHT » Azərbaycan Milli QHT Forumuna üzv QHT-lər ödənişsiz təlim və konfrans zallarından istifadə edə biləcəklər
4-08-2024, 11:30 | QHT
Azərbaycan Milli QHT Forumuna üzv QHT-lər ödənişsiz təlim və konfrans zallarından istifadə edə biləcəklər

Azərbaycan Milli QHT Forumuna üzv QHT-lər bazası təhlil olunub və burada çoxsaylı problemlər aşkarlanıb. Bu səbəbdən İdarə Heyəti qərar verib ki, yeni üzvlük siyasəti formalaşdırılsın və üzvlər yenidən qeydiyyata alınsın. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

O qeyd edib: “Təəssüf ki, üzvlər siyahısında adları keçən bəzi təşkilatların və şəxslərin QHT sektoruna heç bir aidiyyəti olmadığı müəyyən edilib. Buna görə də üzv təşkilatlara yeni üzvlük vəsiqələri veriləcək, bununla da köhnə vəsiqələr etibarsız sayılacaq. Forumun Nizamnaməsinə uyğun olaraq, üzvlük haqqına İdarə Heyətində baxılıb, illik cəmi 100 manat üzvlük haqqı müəyyən edilib. Deyərdim ki, bu, simvolik rəqəmdir. Azərbaycan Milli QHT Forumuna üzv olmaq istəyən QHT-lər İdarə Heyətinə müraciət etməli, İdarə Heyətində məsələyə baxıldıqdan sonra müsbət qərar verilərsə, üzvlük haqqı ödənməli və yeni vəsiqə əldə olunmalıdır”.

Üzvlər üçün böyük üstünlüklərin olacağını deyən Ramil İskəndərli bildirib: “Bilirsiniz ki, hazırda QHT sektorunda ən böyük problemlərdən biri təlimlər, tədbirlər, konfranslar üçün zalların icarə qiymətlərinin əksər QHT-lərin büdcələrinə uyğun olmamasıdır, xeyli QHT bundan əziyyət çəkir. İllərdir təklif edilir ki, “QHT Evi” yaradılsın, orada bu imkanlar olsun, amma bu sahədə konkret addımlar yox idi. AMQF olaraq biz bu problemi demək olar həll edirik. Bu günlərdə Azərbaycan Milli QHT Forumu şəhərin mərkəzində - Qış Bulvarına yaxın ərazidəki “World Business Center”də yerləşib. “World Business Center”də hər cür şəraiti olan iki konfrans zalı var. Onlardan biri 25-40 nəfərlik, digəri 70 nəfərlikdir. AMQF-dən yeni üzvlük vəsiqələri əldə edən QHT-lər əvvəlcədən İdarə Heyətini xəbərdar etməklə növbəlilik əsasında bu zallardan ödənişsiz istifadə edə bilər. Bunun üçün 5 iş günü əvvəldən office@ngoforum.az elektron ünvanına xahişlə müraciət etmək (koordinator: Ləman Ağalarova +994513659897) kifayətdir. Zallardan pulsuz istifadəyə əlavə xidmətlər (kofe, çay, su, materiallar və digər xidmətlər) daxil deyil”.

Ramil İskəndərli onu da deyib ki, hazırda AMQF-nin ofisində dizayn, təmir işləri gedir. Bir-iki ay ərzində “World Business Center”də AMQF-nin hər cür şəraitlə təmin edilmiş geniş ofisi istifadəyə veriləcək. QHT-lər burada da növbəlilik əsasında təlimlərini keçə bilərlər. Biz “QHT Evi” arzusunu reallığa çevirmək istəyirik - bizim ofisimiz elə “QHT Evi” olacaq.

AMQF-nin İdarə Heyətinin sədrinin sözlərinə görə, üzvlər Forumun ekspertləri tərəfindən müxtəlif mövzularda bilik və bacarıqların artırılması istiqamətində təlimlərdə, seminarlarda, vebinarlarda, onlayn və hibrid görüşlərdə təmənnasız olaraq iştirak imkanı qazanacaqlar. BMT və digər strukturlarda təmsil olunma və üzvlüklə əlaqədar QHT-lərə davamlı qaydada konsultativ dəstək göstəriləcək.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30