Ölkə vətəndaşları stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.
Stansiyaya yaxın ərazidə yaşayan insanlar eyni hadisənin yenidən təkrarlanacağından qorxurlar. Metsamorun fəaliyyətinin real təhlükə olduğunu bildirən vətəndaşlar stansiyanın bağlanması üçün dəfələrlə aidiyyəti qurumlara şikayət ərizələri ünvanlayıblar. Ötən il isə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə məktub göndərilib. Problemin həllini tapmadığını görən vətəndaşlar yenidən beynəlxalq təşkilatlara müraciət ediblər.
“Joxovurd” qəzetinin məlumatına görə, Metsamorun zəlzələdən dağılma ehtimalı da yüksəkdir. Bu stansiya həm də ekoloji fəlakət mənbəyidir. Stansiyanın yaratdığı kimyəvi tullantılar nəticəsində Syunik vilayəti yararsız əraziyə çevirib. Tullantıların yığıldığı gölməçələrdən xeyli aralıdakı kəndlərdə ermənilərin əkdiyi ərzaq məhsullarında, xüsusilə kartofda insan sağlamlığı üçün təhlükəli sayılan kimyəvi maddələr aşkarlanıb.(AZƏRTAC)
Ermənistan Elmlər Akademiyasının Ekologiya Tədqiqatları Mərkəzi tərəfindən ərazidə aparılan araşdırmalar zamanı bölgənin suyunda radioaktiv qarışıqlı tullantıların olduğu müəyyənləşib. Ölkə vətəndaşları AES-in fəaliyyətinin dayandırılması üçün BMT-dən təcili tədbir görməsini tələb edirlər.
Baxış sayı: 1 806
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

