FACT-INFO.AZ » QHT » “Azərbaycan istənilən regional və beynəlxalq tədbirin əsas iştirakçı dövlətidir”
19-07-2024, 11:30 | QHT
“Azərbaycan istənilən regional və beynəlxalq tədbirin əsas iştirakçı dövlətidir”

"Böyük Britaniyada "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə Toplantısı baş tutdu. Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı bu əlamətdar tədbirə dövlətimizin başçısı cənab İlham Əliyev də dəvət alıb. Təbii ki, bu, beynəlxalq miqyasında Azərbaycanın yüksələn mövqeyini və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olması ilə əlaqədardır. Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin. Cənab İlham Əliyev yalnız regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq baş verən qlobal hadisələr zamanı qətiyyətli və ədalətli mövqe nümayiş etdirir. Bu, hamı, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən də dərk olunur ki, Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Bildiyimiz kimi, "Avropa Siyasi Birliyi" qitənin təhlükəsizliyinin, sabitliyinin və rifahının möhkəmləndirilməsi kimi, qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Təbii ki, bu istiqamətdə də Azərbaycanın mövqeyi bəllidir. Ölkəmiz istər regional, istərsə də beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə önəmli töhfələr verir, əməkdaşlığın dərinləşməsinə çalışır, haqq və ədalətə söykənən xarici siyasət həyata keçirir. Azərbaycanın regiona gətirdiyi yeni reallıqlar da bunun əyani sübutudur. Belə ki, ölkəmiz bütövlükdə bölgənin inkişafına əngəllər törədən münaqişəni aradan qaldırmaqla regionda yeni reallıqlar formalaşdırdı. Bu reallıqlar ilk növbədə sülh və sabitliyə əsaslanır, dövlətlərarası əməkdaşlığa yeni imkanlar açır. Əvvəllər bu barədə fərqli fikirlər səslənsə də, artıq dünya dövlətləri bunun mahiyyətini anlayır və bu reallıqlarla razılaşır. Bütün bunların müəllifi isə qurucu, yaradıcı Lider cənab İlham Əliyevdir", - AHİK sədri qeyd edib.

Səttar Möhbalıyev vurğulayıb ki, "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə Toplantısında aparılan müzakirələr və gəlinən qənaət regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq: "Prezident İlham Əliyevin Zirvə Toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə görüşləri baş tutdu. Diqqət çəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu, onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır. İkitərəfli danışıqlarda xüsusən Azərbaycanın sülh təşəbbüslərinin təqdir olunması və dəstəklənməsi dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Eləcə də COP29-a da görüşlərdə toxunulub və əhəmiyyəti vurğulanıb. Sözsüz ki, dünya liderlərinə və ictimaiyyətinə bəllidir ki, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Şübhəsiz, ölkəmiz COP29-u da yüksək səviyyədə təşkil edəcək və burada qəbul olunacaq qərarlar iqlim dəyişikliyi ilə mübarizədə faydalı olacaq".




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30