FACT-INFO.AZ » QHT » “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış”
17-07-2024, 14:00 | QHT
“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış”

İyulun 17-də AMEA-da “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Fact-info.az xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətində ilk dəfə olaraq süni intellekt və rəqəmsal inkişafa həsr edilmiş elmi konfrans keçirildiyini qeyd edib. Akademik bildirib ki, konfransın keçirilməsində məqsəd qloballaşan dünyanın çağırışlarından olan rəqəmsal transformasiyanın trendlərini və gələcək istiqamətlərini təhlil edərək ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatları, onların nailiyyətlərinin öyrənilməsini, mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələri tanıtmaqdan ibarətdir.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri məruzəsində akademiya əməkdaşlarının “Vikipediya” virtual ensiklopediyasında fəaliyyəti, AMEA-nın elmi jurnallarına DOI rəqəmsal identifikatorunun təmin edilməsi (ANAS DOI), qurumun elmi müəssisə və təşkilatlarında daxili imkanlar hesabına Elektron xidmətlər şöbələrinin yaradılması, sənəd mübadiləsinin elektronlaşdırılması, Türk indeksi, Elektron arxeologiya və digər məsələlər barədə məlumat verib.

Tədbirdə, həmçinin TÜBİTAK-ın BİLGEM Süni İntellekt İnstitutunun direktoru professor Mehmet Haklıdırın “Yaradıcı süni intellektin gələcəyi: təhdidlər və imkanlar”, Rusiya Federal Elmi Aqromühəndislik Mərkəzinin nümayəndəsi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Zahid Qocayevin “Süni intellekt Rusiyanın aqrosənaye kompleksində”, Yaponiyanın Tohoku Universitetinin professoru Xəlil Kələntərin “İnsanabənzər robotlar: imkanlar və tətbiqlər” və İstanbul Texniki Universitetinin professoru Murat Sarının “Süni intellektlə real davranışın aşkarlanması” mövzusunda məruzələri dinlənilib.

Konfrans işini “Süni intellekt və rəqəmsal transformasiya: trendlər və gələcəyə baxış; rəqəmsal transformasiyada çətinliklər; robototexnika” və “Obrazların tanınması, maşın öyrənməsi, təbii dilin işlənməsi” mövzularında bölmə iclasları ilə davam etdirib.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30