FACT-INFO.AZ » QHT » BMT-də Azərbaycanın mina təhlükəsizliyi sahəsində fəaliyyətinə dair konfrans keçirilib
16-07-2024, 10:00 | QHT
BMT-də Azərbaycanın mina təhlükəsizliyi sahəsində fəaliyyətinə dair konfrans keçirilib

BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsi kənarda qoymamaq naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri” adlı paralel tədbir keçirilib.

Fact-info.az-ın məlumatına görə, tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Laos Xarici İşlər Nazirliyi, BMT İnkişaf Proqramı və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) birgə təşkilatçılığı ilə baş tutub.

Laosun Baş nazirinin müavini, xarici işlər naziri Salemsay Kommasit çıxışı zamanı bildirib ki, partlamamış hərbi sursatlar və minalar Laos xalqının müharibənin qalıqlarından mübarizəsinə mane törədir və xalqın inkişafına ciddi təhlükə yaradır. Onun sözlərinə görə, ölkənin hazırda üçdə biri partlamamış hərbi sursatlardan çirklənib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Laos və Azərbaycanın UNESCAP tərəfindən irəli sürülmüş Könüllü Milli Hesabat tvinninq təşəbbüsü çərçivəsində əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, konfransın mövzusu Azərbaycan, o cümlədən bəşəriyyət üçün əhəmiyyət kəsb edr. Nazir müavini əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında qarşıya çıxan əsas problemlərdən biri beynəlxalq sülh və rifahın təmin olunması sahəsində qlobal təşəbbüslərə kölgə salan mina problemi məsələsidir. Bu baxımdan o, Azərbaycanın adınının dünyanın 5 ən çox minalanmış ölkələri siyahısına daxil edildiyini vurğulayıb: “Bu minalar Azərbaycanda insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır”.

Sahib Məmmədovun sözlərinə görə, ərazilərin minalarla çirklənməsi əhalinin həyat və yaşayışını təhlükə altına alır, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına mane törədir. O əlavə edib ki, bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət Şöbəsinin müdiri Hüseyn Hüseynov 18-ci milli Dayanıqlı İnkişaf Məqsədinin məqsəd və hədəfləri barədə geniş təqdimatla çıxış edib.

Daha sonra BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru İrina Zivkoviç təmsil etdiyi qurumun Azərbaycanda aktiv komandasının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, komanda mina məsələsi də daxil olmaqla sıx gündəliyə malikdir. UNDP rəsmisi, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə bu yaxınlarda beynəlxalq mina fəaliyyətinə dair konfrans keçirdiklərini əlavə edib. “UNDP mina çirklənməsi və partlamamış hərbi sursatlarla mübarizə aparan ölkələri dəstəkləyir. Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı informasiya mübadiləsi, süni intellekt, dron, peyk kimi yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların, o cümlədən itlərin mina fəaliyyətlərinə cəlb olunması sahəsində təcrübə mübadiləsi daxildir. Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var. Mən buna şəxsən şahid olmuşam. ANAMA və UNDP arasında Mükəmməllik Mərkəzi yaradılıb. Bu mərkəz gələcək dövrlər üçün fəaliyyətləri inkişaf etdirir və ilkin mərhələdə Azərbaycana, növbəti mərhələdə isə başqa regional və qlobal ölkələrə dəstək məqsədi daşıyır. Əməkdaşlığımızdan böyük gözləntilərimiz var”,- deyə BMT Baş katibinin köməkçisi bildirib.

Daha sonra əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mina qurbanlarının sosial müdafiəsi barədə danışıb və nazirliyin onların həyat şəraitinin inkişafı və təminatı sahəsində əhəmiyyətli addımlar atdığını qeyd edib. Nazir müavini bildirib ki, minadan əziyyət çəkən insanların sosial ödənişlərinin artırılması və sosial müavinətlərin təyin edilməsi üçün vacib qanunlar irəli sürülüb. “Bu baxımından 10 yeni sosial müavinət təyin edilib. 2018-ci ildə 4 sosial islahatlar paketi həyata keçirilib. Artırılmış sosial müavinətlər əhalinin ən həssas təbəqəsinə yönləndirlir. Onların əhatəsi 60 faiz artaraq 880 min insanı əhatə edib”,- deyə Anar Kərimov bildirib.

Nazir müavini əlavə edib ki, mina qurbanları sosial sığorta proqramı çərçivəsində birdəfəlik təzminatla təmin olunurlar. Təzminatın məbləği mina insidenti nəticəsində baş vermiş xəsarətin dərəcəsindən asılıdır.

O həmçinin əlavə edib ki, mina qurbanları müxtəlif tibbi və fiziki sosial reabilitasiya xidmətlərindən yararlanmaq şansına malikdirlər. Bu baxımdan o 700-lük yataq yerinə malik 14 reabilitasiya mərkəzinin mövcud olduğunu qeyd edib.

Sonda Azərbaycan nümayəndə heyəti tədbir iştirakçılarının suallarını cavablandırıb.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30