FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Tarix həm də ibrət dərsidir: Repressiya qurbanı Ayna Sultanova
15-07-2024, 09:30 | TƏDQİQATLAR-ANALITIKA
Tarix həm də ibrət dərsidir: Repressiya qurbanı Ayna Sultanova
Bəzi dostlarımız sovet rejiminin təbliğatçısı və sonradan həmin quruluş tərəfindən qətlə yetirilən şəxslər haqqında yazmamağımı tövsiyə edirdilər. Lakin mənim yanaşmam tamamilə fərqlidir. Tarix keçmiş olmaqla bərabər, həm də bir ibrət dərsidir. Qənaətimcə, tariximizi, bütün ağrılı məqamları ilə bilməliyik, həm də nəticə çıxarmalıyıq. Hətta tarixi keçmişini, ziddiyyətli taleyini əsas gətirib onların vaxtılə ucaldılmış heykəllərinə də toxunmamalıyıq. Heykəllər təlatümlü keçmişi, xoş və acılı xatirələri unutmamaq üçün tarixi dəlildir. Şübhəsiz ki, repressiya tarixini araşdıran zaman indiki dövrün kontekstindən yanaşıb kimlərisə qəhrəman kimi təqdim etmək, kimlərisə aşağılamaq fikrindən uzağam. Bəlkə də zaman ən ədalətli hakimdir. Bir çox ziddiyyətli məqamları zamanın öhdəsinə buraxaq. Nəhayət Ayna Sultanova ilə bağlı bəzi məqamlara nəzər salaq.
Xatırladırıq ki, Birinci Türkoloji Qurultayda iştirak edən yeganə azərbaycanlı qadın Ayna Sultanova olub. O, Türkoloji Qurultaya katiblik edən 5 nəfərdən biri idi. Ayna Mahmud qızı 1895-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndində doğulub. 1912-ci ildə Bakıda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən "Müqəddəs Nina" gimnaziyasını bitirib. Başqa sözlə desək, Ayna Sultanova ilk təhsilini Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Zərdabinin rəhbərlik etdiyi qız məktəbində alıb. Bu gənc və fədakar qız bir müddət həmin məktəbdə pedaqoji fəaliyyətlə də məşğul olub, müəllim kimi çalışıb.
1918-ci ildə ailə həyatı quran və bolşevik partiyasının sıralarına daxil olan Ayna Sultanova bir qədər sonra Həştərxana gedib. Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri vəzifəsində çalışıb. A. Sultanovadakı fəallığı görən bolşevik rəhbərliyi onu 1919-cu ilin avqustunda Moskvaya Y. Sverdlov adına kommunist universitetində oxumağa göndəriblər.
Milli Hökumət suqut etdikdən, 1920-ci ilin 28 aprel işğalından sonra Azərbaycana qayıdan A. Sultanova Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışıb. O, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin orqanı olan “Şərq qadını” jurnalının da ilk redaktoru olmuşdur.
Ayna Sultanova Həmid Sultanovun həyat yoldaşı, Qəzənfər Musabəyovun bacısı idi. Sağlığında “Lenin partiyasının sədaqətli qızı” adlandırılsa da, sonradan xidmət etdiyi rejim onu qətlə yetirib. Həmin dövrün proseslərini izləyəndən sonra məlum olur ki, Ayna Sultanovanın bolşevik partiyasınn ilk üzvü olan azərbaycanlı qadın idi. O, “Şərq qadını” jurnalında, eləcə də “Kommunist”, “Pravda”, “Bakinski raboçi”, “Zarya Vostoka” və s. qəzetlərdə yazılar yazaraq sovet hökumətinin təbliğatçısı olub.
Repressiya tarixini tədqiq edən, professor Cəlal Qasımov yazırdı: “Azərbaycan Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən 29 avqust 1937-ci ildə Ayna Sultanovanın həbsi və evində axtarış aparılması barədə 1209 saylı order imzalanır. Nədənsə bu müddətdə o, həbs edilmir. Ayna Sultanova 1937-ci ildə Azərbaycandakı özbaşınalıqlara son qoymaq və həyat yoldaşı Həmid Sultanovun azadlığa buraxılması üçün İ.V.Stalinlə görüşmək məqsədilə Moskvaya gedir. 11 oktyabr 1937-ci ildə Azərbaycan SSR XDİK əməkdaşları Ayna xanımın həbs olunması və xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilməsi sifarişini verir. 19 oktyabrda Ayna Sultanova həbs edilir.
21 oktyabrda NKVD-nin Baş Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı Bermanın imzaladığı №A402 saylı orderə əsasən məhkumun evində axtarış aparılır. Axtarış zamanı ondan 044804 №-li həmkarlar bileti, məxfi yazılar, şəxsi və xidməti sənədlər, fotoşəkillər götürülmüşdür. 1 noyabr 1937-ci ildə A.Sultanova Butur Türməsinin rəisinə verilən göstərişə əsasən xüsusi kanvoyla, xüsusi vaqonda, tək adamlıq kamerada Moskvadan Bakıya göndərilir.
(Onun ailə üzvləri: oğlu Həmid – 16 yaşında, qızı Nazənin - 10 yaşında, oğlu, Vladlen – 8 yaşında, anası Ziba – 70 yaşında) ”. (C. Qasımov “Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər” kitabı )
Tədqiqatçı Nəsiman Yaqublu Ayna Sultanovanın Bakıya həhs olunaraq gətilməsi anını təsvir edərək yazırdı: “O, bəlkə də dünyanın yeganə sərnişiniydi ki, mənzil başına çatmaq istəmirdi. Bu qatar ayrılıq qatarı idi.. Bu qatar ölüm qatarı idi... Bu qatar onu doğmalarından, evindən-eşiyindən ayırıb aparırdı. (“Ağrılı ömürlər” kitabı, Bakı, 1990)
Gerçəkdən repressiya, işgəncələr bir çox tanınmış simaların, o cümlədən Ayna Sultanovanın ömür karvanının sonuna gətirdi. Bu qatarlar isə ömürü sona çatdıran yalnız nəqliyyat vasitəsi deyildi. Bu qatarlar həm də sovet rejiminə sadəlövhcəsinə inanmış, yəqinki sonradan dərin peşmançılıq keçirən insanın son marşrutu idi. Totalitar rejimə inanamaq, əvəzsiz xidmət və son aqibət!
Nəhayət istintaq materiallarını nəzərdən keçirən zaman Ayna Sultanovanın dindirilməsi ilə tanış olduq. Saralmış kağızlarda, qırıq-qırıq cümlələrdə həqiqət axtarmağa çalışdıq. Əslində digər ittiham olunan şəxslərə olduğu kimi, Ayna xanıma da oxşar suallar verilir. Onu da əksinqilabi millətçi təşkilatın üzvü olmaqda, burjua-millətçi təşkilatın işində iştirak etməkdə, ziyankarlıqda, Azərbaycan MK katibinə terror hazırlayan qrupa rəhbərlikdə ittiham edirlər.
Dindirməni erməni millətindən olan müstəntiq B.Martirosyan aparır.
10 noyabr 1937-ci il dindirməsi:
Sual: İstintaqa məlumdur ki, siz əksinqilabi burjua millətçi təşkilatın üzvüsünüz. Təklif edirik ki, istintaqa düzgün ifadə verəsiniz.
Cavab: İnkar edirəm ki, mən əksinqilabi millətçi təşkilatın üzvü olmamışam.
Sual: Siz düzgün danışmırsınız. İstintaqa məlumdur ki, siz əksinqilabi millətçi təşkilatın üzvüsünüz, müqavimət göstərməyin və istintaqa düzgün məlumat verin.
Cavab: Təkrar edirəm, mən heç vaxt əksinqilabi təşkilatın üzvü olmamışam.
Sual: Siz həqiqəti demək istəmirsiniz. Təklif edirik, müqavimət göstərməyi dayandırasınız və düzgün ifadə verəsiniz.
Cavab: Mən müqavimət göstərmirəm və həqiqəti deyirəm. Mən heç vaxt əksinqilabi millətçi təşkilatın üzvü olmamışam.
Müstəntiq Q.B.Martirosyanın bütün dindirilmələri nəticəsiz bitir. Və Ayna Sultanova bütün mənəvi, fiziki, psixoloji işgəncələrə dözərək özünün müqəssir olmadığını bəyan etdi. Sovet cəza maşının əsas metodologiyası o idi ki, yalnız Ayna Sultova deyil, hər bir ittiham olunan məhbusu yekunda müqəssir olduğunu təsdiq etsinlər. 2 dekabr 1937-ci il, 15 yanvar 1938-ci il, eləcə də 28 yanvar 1938-ci il tarixlərində verdiyi ifadələrində də o, əksinqilabi təşkilatın üzvü olmadığını bildirdi.
İstintaq materiallarından aydın hiss olunur ki, Ayna Sultanovanı dindirmələr “sındıra” bilmir. Müstəntiq Martirosyanun davamlı olaraq Azərbaycan ziyalılarından fiziki işgəncələr yolu ilə aldığı saxta ifadələr, eləcə də aparılan məkrli, çirkin niyyətli üzləşmələr Ayna Sultanovanın iradəsini qıra bilmir. Nəhayət 2 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hazırlıq iclasında qərara alınır ki, Ayna Mahmud qızı Sultanovanın cinayət işinə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qapalı məhkəmə iclasında baxılsın. 3 iyul 1938-ci ildə Matuleviç, Kolpakov, Kulik və Kazlovun iştirakıilə Ayna Sultanovanın məhkəməsi baş tutur. İstintaq dövründə olduğu kimi, 55 dəqiqəlik məhkəmədə də Ayna Sultanova özünü müqəssir hesab etmir. O, son sözündə də məhkəməyə heç bir əksinqilabi millətçi burjua təşkilatının üzvü olmadığını bildirir. Bütün bunlara baxmayaraq, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə “xalq düşməni” damğası ilə Ayna Sultanova güllələnır. 
(DTX-nin arxivi. Ayna Sultanovanın istintaq qovluğu, PR - № 3753.10)
Repressiya tarixini tədqiq edən, professor Cəlal Qasımovun “Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər” kitabında maraqlı bir məqam diqqətimizi cəlb etdi. Orada qeyd olunurdu ki, “Tanınmış yazıçı və tənqidçi Seyid Hüseynin həyat yoldaşı Ümmügülsüm Sadıqova (Rəsulzadə) özünün «Qala xatirələri»ndə yazırdı:,,Bir gün ümumi qadın təcridxanasının qapısı açıldı və ağzı-burnu qan içərisində olan yaşlı bir qadını itələyib içəriyə saldılar. Həmin qadın döşlərini köynəkdən çölə çıxardı və əllərini göyə uzadaraq uca səslə dedi: “Allahım, mənim verdiyim südü Mir Cəfərin burnundan tök! Məhbəsdə “İlahi, görəsən bu cəllad öz doğma anasınıdamı həbs edib?” - deyə qadınlar arasında bir uğultu qopdu. Sonradan məlum oldu ki, həbs edilən yaşlı qadın Ayna Sultanovanın və Qəzənfər Musabəyovun anası Ziba Musabəyova idi”
Qeyd edək ki, Ziba Musabəyova “vətən xaini”nin anası kimi 5 il müddətinə Qazaxıstana sürgün edilib. İllər ötəndən sonra Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 27 aprel 1956-cı il tarixli qərarına əsasən Ziba Hüseyn qızı Musabəyova bəraət alıb.
Yekunda onu da xatırladıram ki, topladığımız məlumatlar əsasında Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində "Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" kitabını çap etdirməyi planlaşdırırıq. Dəstəyə görə hər kəsə təşəkkürlər!
Əkrəm Bəydəmirli



Baxış sayı: 1 050
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30