Mediada yayılan məlumatlara görə, Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı “etnik təmizləmədə” ittiham edən qətnamə qəbul edib.
Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyir. Göründüyü kimi, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər.
Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
“Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, o biri tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur.
Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır”, - deyə məlumatda bildirilib.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
