İspaniyada yayımlanan “20 Minutos” nəşrində Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən mina hadisələrinin qurbanları, minatəmizləmə fəaliyyəti və minaaxtaran qadınlardan bəhs edən məqalə dərc olunub.
Fact-info.az xəbər verir ki, bu ilin mayında ölkəmizdə səfərdə olmuş və azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini yaxından müşahidə etmiş jurnalist-fotoqraf Qervasio Sançez Fernandez tərəfindən qələmə alınan məqalədə təxminən 35 il davam etmiş münaqişə nəticəsində işğal altında olmuş ərazilərdə bütün şəhər və kəndlərin xarabalığa çevrildiyi bildirilib.
Yazıda xüsusi vurğulanıb ki, Qarabağ dünyanın piyada və tank əleyhinə mina və partlamamış hərbi sursatla (PHS) ən çox çirklənmiş ərazilərindən biridir. Hesablamalara görə, bu ərazilərdə ən azı 1,5 milyon mina basdırılıb və onlar hər an partlaya bilər. Müəllif 1991-ci ildən 2024-cü il mayın 2-dək mina qurbanlarının sayının 3500-ə yaxın olduğunu bildirib. Qeyd edib ki, mina qurbanlarından 358 nəfəri uşaq, 38-i isə qadındır. Son üç il yarım ərzində mina qurbanlarının sayı 359 nəfər təşkil edir ki, onların yarısı mülki şəxslərdir. Mina qurbanlarından 67-si həlak olub. Qalanları ağır xəsarət alıb, bir çoxlarının bədən üzvlərinin bir hissəsi amputasiya edilib. Bu faciəvi hadisələrin böyük əksəriyyəti minatəmizləmə əməliyyatları, kənd təsərrüfatı işləri və infrastrukturun bərpası prosesi zamanı baş verib.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
