FACT-INFO.AZ » QHT » Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır
4-07-2024, 10:00 | QHT
Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Dövlətimizin başçısı təşkilatın bundan əvvəl də - 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə iştirak etmişdi.

Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

O, bildirib ki, Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və göstərilən yüksək etimadın ifadəsidir.

Onun sözlərinə görə, 2001-ci ildə Şanxayda 6 ölkə - Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilən təşkilatın 3 müşahidəçi üzvü və 14 dialoq tərəfdaşı var: “14 dialoq tərəfdaşından biri də Azərbaycandır. Astana Sammitində ŞƏT-ə yeni üzv dövlətin seçilməsi də gözlənilir. Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq Zirvə görüşünün gündəliyi çox zəngindir. Dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Müzakirələrin sonunda Astana Bəyannaməsi imzalanacaq. Bəyannamə ŞƏT-in bu günə qədər olan fəaliyyətinə qiymət verməklə yanaşı, gələcək üçün istiqamətləri də müəyyənləşdirəcək. Üzv ölkələr arasında qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq, sülh, təhlükəsizlik naminə birgə səylərin göstərilməsi, beynəlxalq səviyyəli yeni siyasi və iqtisadi platformanın yaradılması ŞƏT-in qarşısında duran vacib məsələlərdəndir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə məsələləri öz əksini tapıb ki, bu da ölkəmizin maraqlarına tam uyğundur. Azərbaycan lideri bu samitin verdiyi imkanlardan istifadə edərək regionda yaranan yeni reallıqları diqqətə çatdırır. Ölkəmizin ŞƏT-in təsisçiləri ilə münasibətləri yüksək səviyyədədir. ŞƏT-in Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini dedi. Bu mötəbər təşkilatla əməkdaşlığını gücləndirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın dünyada ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uzun müddət sədrlik edib və çox uğurlu fəaliyyət ortaya qoyub. Bu mənada Azərbaycan Prezidenti Sammitdə iştirak etməklə ŞƏT-in fəaliyyətinə çox böyük töhfə vermiş olur. Bu, həm də Azərbaycana bir sıra üstünlüklər qazandırır”.

Politoloq qeyd edib ki, ŞƏT-də Azərbaycana münasibət yüksək səviyyədədir: “Təşkilatın əsas üzvləri ilə dostluq münasibətlərimiz, güclü ikitərəfli əlaqələrimiz təşkilatın ölkəmizə münasibətində özünü açıq şəkildə büruzə verir. Təsadüfi deyil ki, 2011-ci ildə qurumun Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edildi və qərargahın binasında onun büstü ucaldıldı. Qərargahda iki məşhur tarixi şəxsiyyətin büstü var: Nizami Gəncəvi və Çin filosofu Konfutsinin. Azərbaycanı ŞƏT üçün cəlbedici edən digər məqam dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdir. Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələri ölkəmizə olan marağı artırıb.

Çin-Avropa-Çin marşrutunun önəmli hissəsini təşkil edən Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasında çox aktiv rol oynayır. Bu marşrutlar ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafını zəruri edir. Təbii ki, bütün bunlar dünyada uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xarici siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindən irəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır”.




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30