FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür
11-06-2025, 15:00 | MƏDƏNİYYƏT
“İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür

“İRS-Erbe” jurnalının yeni buraxılışı Azərbaycanda baş verən aktual hadisələrdən geniş söhbət açır. Fact-info.azxəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının bu nömrəyə yazdığı və alman oxucusuna ünvanlandığı “Ön söz”də Azərbaycanın dinamik şəkildə inkişaf etməkdə olan bir ölkəyə çevrilməsindən, onun Almaniya və bütövlükdə Avropa üçün getdikcə artmaqda olan əhəmiyyətindən, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, o cümlədən Qarabağın hələ də tam sağalmamış yaraları haqqında Almaniya ictimaiyyətinin məlumatlandırılmasının mühümlüyündən bəhs edilir.

Budəfəki buraxılışın mərkəzi mövzusu ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə Bakıda müvəffəqiyyətlə keçirilmiş COP-29 ekoloji konfransıdır. Məqalədə deyilir ki, Azərbaycanın iki yüzə qədər dövlətin nümayəndələrinin iştirak etdiyi COP29 ekoloji konfransına ev sahibliyi etməsi, dünyada ölkəmiz haqqında yeni əks-səda doğurmuşdur. Dubaydan sonra növbəti ekoloji konfransın keçirilməsi üçün məhz Bakının seçilməsi təsadüf deyil. Azərbaycan, neft-qaz sənayesinin inkişaf etmiş olduğu bir ölkə olmaqla yanaşı, həm də müstəqilliyinin ilk günlərindən ətraf mühitin qorunması üzrə normaları və üzərinə götürdüyü digər öhdəlikləri dönmədən yerinə yetirən bir ölkə kimi tanınır. Bununla yanaşı Azərbaycan öz ərazisində, ilk növbədə isə azad edilmiş torpaqlarında - Qarabağda və Şərqi Zəngəzurda - günəş, su və havanın gücünə əsaslanan “yaşıl enerji” istehsal edən xeyli sayda elektrik stansiyaları tikmişdir və onlardan daha çox tikməyi planlaşdırır.

İraq əsilli olub, Britaniya memarı və dizayneri kimi dünyada şöhrət tapmış Zaha Hədidin verdiyi quruluş əsasında ərsəyə gəlmiş Heydər Əliyev mərkəzi bu gün dünyanın ən gözəl və ecazkar tikililərindən biri sayılır. Heydər Əliyev Mərkəzinə həsr edilmiş məqalə oxucuların diqqətini belə bir fakta yönəldir: təsadüfi deyil ki, Böyük Britaniyanın “Discovery” və “Science Channel” kanalları bu binaya ayrıca veriliş həsr etmiş, verilişin aparıcıları onu dövrümüzün ən cəsarətli mühəndis layihələrindən və arxitektura şedevrlərindən biri adlandırmışlar. Onların verdiyi qiyməyə görə bu yalnız bir mədəniyyət mərkəzi deyil, həm də dünyada öz yerini təsdiq etmək deməkdir.

Azərbaycanda teatr rəssamlığının inkişafından bəhs edən məqalə tanınmış sənətkar Bədurə Əfqanlının həyat və yaradıcılıq yoluna işıq salır. Avropa teatr tərtibatının incəliklərini öyrənəndən sonra, Bədurə xanım bu bilik və bacarıqlarını Azərbaycan həyatının xüsusiyyətləri, azərbaycanlıların həyat tərzi ilə müvəffəqiyyətlə uyğunlaşdıra bilmiş, çoxlu sayda tamaşalar, sonradan isə bir sıra filmlər üçün geyim eskizləri və dekorasiyalar hazırlamışdır.

Başqa bir məqalənin mövzusu Bakının Müasir İncəsənət Muzeyidir. 2009-cu ildə açılsa da, o, tez bir zamanda Bakının ən gözəl və zəngin muzeylərindən birinə çevrilmiş, həm bakılıların, həm də paytaxtımızın qonaqlarının rəğbətini qazanmışdır.

Jurnalın bu buraxılışında həm də Azərbaycanın ən faydalı və sevilən meyvələrindən olan xurma haqqında məlumat verilir. Baxmayaraq ki xurma-xırnik bizim ölkəmizə öz yolunu iki yüz il əvvəl Çindən tapmışdır, az bir vaxtda onun Azərbaycanda bir çox sortları yetişdirilmiş və yerli meyvə ticarəti aləmini bəzəməklə yanaşı, bu meyvə ölkəmizdən kənarda da bir çox bazarlara yol tapmışdır.

Jurnal həm də özgəyə münasibət və onunla rəftar sahəsində alman oxucusunun diqqətini Azərbaycan xalqının çox mühüm bir xüsusiyyətinə çəkir. Bildirilir ki, tolerantlıq və qonaqpərvərlik Azərbaycan xalqının əsrlərdən bəri inkişaf etdirdiyi və böyük, mühüm bir ənənə kimi qoruduğu məziyyət olaraq insanlarımızın dünyagörüşündə mühüm yer tutur. Dünyada ikinci bir ölkə tapmaq çətindir ki, orada özgə dinə, mədəniyyətə, özgə xalqın adət və ənənələrinə Azərbaycanda olduğu qədər hörmət və diqqətlə yanaşılsın, onun abidələri və mədəniyyət nümunələri belə qayğı ilə qorunsun.

Berlindən olan alman publisisti və fotoqrafı xanım Heike Maria Johenning isə Bakı arxitekturası haqqında (son iki yüz ilə aid) “İRS” jurnalı üçün ayrıca məqalə hazırlamış, paytaxtımızın memarlıq nümunələrinin gözəlliyindən, özünəməxsusluqlarından, onları Avropa ilə birləşdirən tarixi və mədəni əlaqələrdən geniş bəhs etmişdir.




Baxış sayı: 90
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30