FACT-INFO.AZ » XƏBƏR » Vətən müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib
11-06-2025, 20:30 | XƏBƏR
Vətən müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib

“Gənclər Paytaxtı” olan Sumqayıt şəhərində Vətən müharibəsindəki Zəfərimizin 5 illiyinə həsr olunmuş XXVIII “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib. Oyunların baş komandanı, Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi Anar Mirzəyev yarışın uğurla keçdiyini bildirib. O, bütün iştirakçılara gələcək karyeralarında uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov yarışda iştirak edən bütün idmançıları qalib adlandırıb: "Burada mübarizə aparan hər kəsə təşəkkür edirəm. Bildiyiniz kimi, Sumqayıt "Gənclər Paytaxtı" statusunu alıb. Biz də gəncləri burada qəbul edirik. Bu yarış onlarda vətənpərvərlik ruhunu artırır".

Rəsmi açılışdan sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışı təqdim edilib.

Ardınca mükafatlandırılma mərasimi təşkil olunub. Ən yüksək xal toplayan Sumqayıt 1-ci, Sabunçu 2-ci, Xaçmaz komandası isə 3-cü yerə layiq görülüblər. Yer tutmuş komandalara və hərbi rəhbərlərinə kubok, medal, diplom və hədiyyələri gənclər və idman naziri Fərid Qayıbov, eləcə də digər rəsmi şəxslər təqdim ediblər.

1996-cı ildən başlayaraq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilən “Şahin” hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar.

Gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, Şanlı Zəfər tarixini təbliğ etmək məqsədilə keçirilən “Şahin” hərbi-idman oyununda bu il 22 min məktəbli mübarizə aparıb.




Baxış sayı: 110
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30