FACT-INFO.AZ » QHT » Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib
3-07-2024, 10:00 | QHT
Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən  Fact-info.az-a verilən məlumata görə, media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platforması fəaliyyətə başlayıb. İyulun 2-dən etibarən portal vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC Katibliyinə akkreditasiya üçün müraciət edə bilər.

COP29 konfransı media nümayəndələri üçün planetimizin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq. Belə ki, COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulan peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə etmək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan, eləcə də konfransın rəqəmsal qlobal auditoriya platformasından yararlana biləcəklər. COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər, həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər. Yaşıl zonaya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan olunacaq.

UNFCCC tərəfindən müəyyən edilmiş tələb və prosedurlara əsasən təşkil olunan akkreditasiya prosesi Konvensiyanın rəsmi saytında mövcud olan qeydiyyat portalı vasitəsilə aparılır. Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayəndələrinə təqdim olunacaq. Elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya meyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.

Hər bir COP konfransında olduğu kimi, bu il keçiriləcək COP29-a da geniş miqyasda media nümayəndələrinin qatılması gözlənilir. Bu səbəbdən, media iştirakçılığının səmərəli təşkilinin təmin edilməsi və bütün lazımi texniki hazırlıqların icrası üçün müraciətlərin qısa müddət ərzində təqdim edilməsi tövsiyə olunur.

Prosedurla bağlı daha ətraflı məlumat əldə etmək üçün mediaaccreditation@cop29.az  elektron ünvanına müraciət oluna bilər.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30