Xaricdə yaşayan ermənilər hazırkı hökumətin istefaya getməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Erməni diasporu Ermənistandakı mövcud rejimin ifşasını davam etdirir. Əsasən Amerika və Avropada yaşayan ermənilər hakimiyyəti tənqid edir. Bunun çoxsaylı səbəbləri var. Birincisi Ermənistan hökumətinin diaspordan öz şəxsi maraqları üçün istifadə etməsidir. Məsələn ölkəyə hər il müxtəlif layihələrin həyata keçirilməsi üçün külli miqdarda maddi yardım göndərilir. Həmin pullar isə mənimsənilir.
Mərkəzi Bankın keçmiş sədri Baqrat Asatryan diasporun Ermənistana artıq yatırım etməkdən boyun qaçırdığını açıqlayıb. Rejim isə hələ də hakimiyyətdə ömrünü uzatmaq uğrunda mübarizə aparır. Bu səbəbdən də xaricdə yaşayan ermənilər də Ermənistandakı hakim rejimə qarşı birləşirlər. Diaspor fəalları hazırkı hökumətin istefaya getməsi üçün əllərindən gələni edəcəklərini deyirlər. Onların səlahiyyətli nümayəndələri əyalətlərdə sakinlərlə mütəmadi görüşürlər keçirirlər. Siyasi ekspertlər bunu Ermənistanda gözlənən hakimiyyət çevrilişinin əlaməti kimi dəyərləndirirlər. /AzərTAC/
Baxış sayı: 1 796
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

