FACT-INFO.AZ » QHT » Azərbaycan qlobal problemlərin həllində fəal rol oynayır
25-06-2024, 07:00 | QHT
Azərbaycan qlobal problemlərin həllində fəal rol oynayır

Bu il COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizi dünya mediasının diqqət mərkəzinə gətirib. COP29-a ev sahibliyi etmək ərəfəsindəki son illərdə iqlim dəyişikliyinə qarşı görülən tədbirlərin genişlənməsi və xüsusilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması Azərbaycanın bu qlobal problemə yanaşmasını və problemin həllinə verdiyi töhfələri səciyyələndirir.

Bunu Milli Məclisinin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, bütün bunlar haqqında Prezident İlham Əliyev “Euronews” telekanalına son müsahibəsində ətraflı məlumat verib. Ölkə başçısı iqlim dəyişikliyi kimi qlobal bir problemlə bağlı Azərbaycanın həyata keçirdiyi layihələrdən, eləcə də COP 29 -a hazırlıq işlərindən danışarkən deyib: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır... Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”.

Azərbaycanın bərpaolunan enerjiyə sərmayə yatıran şirkətlər üçün cəlbedici ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev “Masdar” şirkətinin bu sahədə ölkəmizin strateji tərəfdaşı olduğunu, həmçinin “ACWA Power” və BP şirkətlərinin də əsas investorlar kimi çıxış etdiyini bildirib. Prezident Avropanın qazla təminatında Azərbaycanın müstəsna rolunu qeyd etməklə bərabər yaxın illərdə ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa ölkələrinə tədarük edilməsi ilə bağlı layihələr haqqında məlumat verib.

“Müsahibədə Azərbaycanın yaşıl gündəliyinin yeni məsələ olmadığı diqqətə çatdırılıb. Artıq 30 ildir hər il Bakı Enerji Həftəsi təşkil olunur ki, bu tədbirdə onlarla ölkədən gələn yüzlərlə mütəxəssis iştirak edir. 1994-cü ildən bəri davam edən Bakı Enerji Həftəsində ənənəvi və bərpaolunan enerji resurslarının kəşfiyyatı, istismarı, eləcə də ötürülməsi, qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunması, o cümlədən yaşıl enerjiyə keçid məsələləri müzakirə olunur. Bu müzakirələr enerji resursları və onların modernləşdirilməsi ilə bağlı qlobal gündəliyin müəyyənləşdirilməsində önəmli rol oynayır. Bu kimi tədbirlərin nəticəsində Azərbaycan dünyada enerji problemlərinin həllinə töhfə verən ölkə kimi tanınır və hazırda neft, təbii qaz və yaşıl enerji sahələrində bir çox ölkələrin etibarlı tərəfdaşına çevrilib. Prezidentin “Euronews” kanalına verdiyi müsahibə əhatə dairəsi ən azı 500 milyon olan Avropa tamaşaçılarına Azərbaycanın qlobal miqyasda həyata keçirdiyi layihələr haqqında, eləcə də müasir dövr üçün həyata keçirməkdə olduğu enerji strategiyası haqqında ətraflı bilgi almağa yardım edir. Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfdaşlar Konfransının 29-cu sessiyası (COP29) dünyanı narahat edən iqlim problemlərinin həlli istiqamətində atılmış mühüm bir addım olacaq. Tərəfdaşlar Konfransına sədrlik edəcəyi müddətdə Azərbaycan bir sıra təşəbbüslərlə çıxış edəcək və qlobal iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində öz töhfələrini verəcək”, - deyə deputat vurğulayıb.




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30