FACT-INFO.AZ » QHT » BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında müstəmləkəçiliyə son qoyulması mövzusunda konfrans keçirilib
21-06-2024, 10:30 | QHT
BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında müstəmləkəçiliyə son qoyulması mövzusunda konfrans keçirilib

20 iyun tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Fact-info.az xəbər verir ki, BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutan Konfransda hazırda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin, ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edib. Eyni zamanda El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.

Konfransda açılış qeydlərini edən BTQ-nin şöbə müdiri Elgün Hacıyev bildirib ki, ABŞ hökümətinin qeyri-müəyyən qərarına görə artıq ikinci ildir ki, BTQ-nin İcraçı direktoru Abbas Abbasova BMT qərargahında keçirilən konfransda iştirak etmək üçün viza verilmir. Bu səbəbdən, A.Abbasovun konfrans iştirakçılarına video müraciəti yayılıb.

O, müraciətində qeyd edib ki, Fransa hökumətinin Yeni Kaledoniyada fundamental insan hüquqlarını kobud şəkildə pozması BMT Baş Assambleyasının müstəmləkəçiliyə qarşı qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün rəsmi Parisin siyasi iradəsinin olmadığını bir daha sübut edir.

İcraçı direktor bir daha təsdiq edib ki, Bakı Təşəbbüs Qrupu Fransanın müxtəlif təzyiqlərinə baxmayaraq, müstəmləkə ərazilərinin öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəkdir.

Fransa polisi tərəfindən Yeni Kaledoniyada öldürülən mülkü şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra bu ölkənin Xarici işlər naziri M. Forrest Fransa hökuməti tərəfindən ölkəsində baş verən qanunsuzluqlar və vəhşiliklər barədə ətraflı məlumat verib. O, yüzlərlə kanakın, xüsusilə müstəqillik hərəkatının 8 lider şəxsinin qanunsuz həbs edildiyini diqqətə çatdırıb.

Fransız Polineziyasının hakim Tavini partiyasının Siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelup və Bonayre-dən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Konfransın sonunda siyasi müraciət qəbul olundu. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində öz mübarizələrini gücləndirməyə dair öhdəlik götürdülər. Kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislədilər.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30