FACT-INFO.AZ » QHT » Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib
18-06-2024, 14:00 | QHT
Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib

İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycanın ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib. O, xatırladıb ki, 18 iyun Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.

İnsan hüquqları amilinin Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əsası olduğunu xüsusi diqqətə çatdıran Cavanşir Feyziyev vurğulayıb ki, Ulu Öndər sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini həmişə хüsusi qеyd edib. Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda rеspublikаmızdа hakimiyyətə qayıdışındаn sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlayıb.

Ümummilli Liderin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilmişdir.

Ötən müddət ərzində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunçuluğun təmininə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlıqla mübarizə tədbirlərinin genişləndirilməsinə real şərait yaradıb. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci il nоyаbr 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə Аzərbаycаn Rеspublikаsındа əsаs insаn və vətəndаş hüquq və аzаdlıqlаrınа həsr оlunub. Konstitusiyada əksini tapan bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.

Dеmоkrаtik inkişаf yоlu sеçən Аzərbаycаn Rеspublikаsındа insаn və vətəndаş hüquq və аzаdlıqlаrının müdаfiəsinin rеаl təminаtı üçün zəruri qаnunvеricilik bаzаsı yаrаdılıb. 1998-ci il fevralın 22-də Ümummilli Lider Hеydər Əliyеv tərəfindən "İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа" Fərmаn imzаlаnıb, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı səhih şəkildə müəyyən оlunub. 1998-ci il iyunun 18-də Ümummilli Lider müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan "İnsаn hüquqlаrının müdаfiəsinə dаir Dövlət Prоqrаmı"nı təsdiq edib .

Deputatın sözlərinə görə, respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. Həmçinin 2002-ci il dekabrın 24-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu qəbul edilib.

Beynəlxalq hüquqda insan hüquqlarını təsdiqləyən ən mötəbər sənəd BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsidir. Bəyannamədə deyilir: "Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir".

Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə "İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа" Аvrоpа Kоnvеnsiyаsınа qоşulmаqlа bu Kоnvеnsiyа Kоnstitusiyаmızın 148-ci mаddəsinə müvаfiq оlаrаq milli qаnunvеriciliyin tərkib hissəsinə çеvrilib. Həmçinin Аzərbаycаn insаn hüquqlаrının qоrunmаsı sаhəsində mühüm bеynəlхаlq sənədlərə, о cümlədən BMT Bаş Məclisi tərəfindən qəbul еdilən "İşgəncələrə və digər qəddаr, qеyri-insаni, yахud ləyаqət аlçаldаn dаvrаnış və cəzа növünə qаrşı" Kоnvеnsiyаyа qоşulub.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Milli Fəaliyyət Proqramı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.

“Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" Memorandum imzalanıb. Azərbaycanın İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir”, - deyə C. Feyziyev bildirib.

Tarixə nəzər salaraq məsələyə müqayisəli baxış sərgiləyən deputat qeyd edib ki, Avropada ilk dəfə kişilər və qadınların bərabər hüquqları məsələsi fransız inqilabının ideoloqları tərəfindən həll olunmağa başlayıb. 1791-ci ildə qadın təhsili haqqında qanun qəbul edilib, 1847-ci ildə isə İngiltərədə qadınların 10 saatlıq iş günü hüququ təmin edilib. ABŞ-da 1848-ci ildən bu yana evli qadınlar mülkiyyət hüququ, 1880-ci ildən isə həmkarlar ittifaqlarının üzvü olmaq imkanı əldə ediblər. Yeni Zelandiya qadınlarına ilk dəfə 1893-cü ildə seçki hüququ verilib. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrum olduqları halda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT-in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq təmin edilib.

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilir. Hər il ölkəmizdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü yüksək səviyyədə qeyd edilir.

İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Bu gün Azərbaycan insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində istifadə edilir.

"Bu gün Ulu Öndərin bizə miras qoyduğu hüquqi, dünyəvi və demokratik Azərbaycan dövlətinin daha da gücləndirilməsi, həmçinin insan hüquqlarının qorunması istiqamətində siyasət onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu prosesdə bir vətəndaş kimi hər birimizin üzərimizə məsuliyyət düşür. Ölkəmizdə həssas qrupdan olan, 30 il işğaldan əziyyət çəkən keçmiş məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların pozulmuş hüquqlarının bərpası uğrunda mübarizəmiz davam edir. Birinci Qarabağ müharibəsində itkin sayılan 4 minə yaxın insanın, həmçinin 44 günlük Vətən müharibəsindən sonra mina terrorundan əziyyət çəkən vətəndaşlarımızın hüquqları ilə bağlı haqq səsimiz dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Biz ədaləti tələb edirik. Torpaqlarımızın azadlığına müvəffəq olduğumuz kimi, haqqı tapdanan, işgəncələrə məruz qalan insanlarımızın da taleyi ilə bağlı haqq səsimizin eşidiləcəyinə və haqqın, ədalətin bərpa olunacağına da inanırıq", - deyən Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 145
Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur Bu gün, 17:00 Əcnəbi media Azərbaycan Prezidentinin II Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən yazıb Bu gün, 10:30 “Prezident İlham Əliyevin 2-ci Şuşa Forumunda səsləndirdiyi fikirlərdə dünyanın siyasi gələcəyi üçün önəmli mesajlar var” Bu gün, 10:00 Ceyhun Bayramov: Ermənistan təxribatları onun üçün yaxşı heç nə vəd etmir Bu gün, 09:30 "Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib" Bu gün, 09:00 Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib Bu gün, 08:30 Qusman: Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı mövqe düzgün və ədalətlidir Dünən, 17:30 Ərdoğan: Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar Dünən, 16:30 Prezidentin köməkçisi: "Azərbaycan COP29-la bağlı ciddi dezinformasiya ilə üzləşib" Dünən, 12:00 Səttar Möhbalıyev: “Mətbuat işçiləri Azərbaycanın dövlətçilik maraqlarını daim uca tutur” Dünən, 11:00 Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub Dünən, 09:30 "Birləşdik - 2024" təlimində iştirak edən heyət vətənə qayıdıb Dünən, 09:00 Hikmət Hacıyev: "Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir" 20-07-2024, 20:00 QHT Ağsuda tibbi maarifləndirici tədbir keçirib 20-07-2024, 20:00 Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun 20-07-2024, 18:30 Şuşada II Qlobal Media Forumunda Prezident İlham Əliyev çıxış edib 20-07-2024, 18:00 Şuşada “Sözün repressiyası” sənədli filmi nümayiş olunub 20-07-2024, 09:30 Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib 20-07-2024, 09:00 Kəlbəcər rayonunda mina hadisəsi baş verib 20-07-2024, 08:30 Şuşada II Qlobal Media Forumu 20-07-2024, 07:00 Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib 19-07-2024, 16:00 “Azərbaycan istənilən regional və beynəlxalq tədbirin əsas iştirakçı dövlətidir” 19-07-2024, 11:30 İran siyasətində işıqlı nöqtələr görünür 19-07-2024, 11:00 Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi 19-07-2024, 10:30 Medianın İnkişafı Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə açıqlama yayıb 19-07-2024, 10:30 COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərib 19-07-2024, 10:00 İcma Fransadan Ermənistanı silahlandırmanı və digər pozucu əməlləri dayandırmağı tələb edir 19-07-2024, 10:00 Prezident İlham Əliyev Oksfordda Almaniyanın Kansleri Olaf Şolts ilə görüşüb 18-07-2024, 18:30 Şarl Mişel: Aİ Bakı ilə İrəvan arasında birbaşa dialoq üçün mümkün olan hər şeyi etməyə çalışıb 18-07-2024, 17:00 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib 18-07-2024, 16:30
Köşə yazarları
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031