FACT-INFO.AZ » AKTUAL » Azad Kərimli: “Əhalini onkoloji xəstəlilərlə bağlı maarifləndirmək lazımdır” 
13-06-2024, 15:00 | AKTUAL
Azad Kərimli: “Əhalini onkoloji xəstəlilərlə bağlı maarifləndirmək lazımdır” 

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Fact-info.az saytının suallarını cavablandırır.

-Onkoloji xəstəliklərin müalicəsində  modern tibbi avadanlıq və peşəkar tibbi heyət zəruridir. Bu Azərbaycanda varmı?

 -Yalnız onkologiya sahəsində deyil, tibbin bütün sahələrində yeni tibbi avadanlıq və peşəkar tibbi heyət əhəmiyyətlidir. Mən deyərdim bu sahədə inkişaf tendensiyası davam edir. Azərbaycanda onkologiya sahəsində, bu xəstəliklərin müalicəsində, müayinəsində həm tibbi avadanlıq, həm də peşəkar kadrlar var. Məsələ ondadır ki, onkoloji prinsiplərə əməl olunmalıdır. Onkoloji prinsiplər ondan ibarətdir ki, zamanında xəstəliyin aşkar olunması və müalicəsi lazımdır. Əgər zərurət yaranarsa onkoloq cərrah tərəfindən əməliyyat olunmalıdır. Xəstənin müalicəsinin taktikasını seçməkdən ötrü üç həkimin rəyi lazımdır: cərrah, kimyaterapevt və şüa həkimi. Bu üç həkimin rəyindən sonra müalicə taktikası seçilir. Bu gün biz Avropa, Amerika protokollarına uyğun olaraq işimizi qurmuşuq.   Bizdə şüa terapiyasında istifadə olunan avadanlıqlar dünyanın ən aparıcı tibbi texnologiyalar şirkəti olan ABŞ-ın “Varyan” şirkətinindir.
-Dünyada müalicə protokolları eynidirmi?

 -Əksər ölkələrdə eynidir. Rusiyada bir az fərqlidir. Yəni biz  Avropa, Amerika protokollarını qəbul etmişik. Xaricdən, xüsusilə, Türkiyədən gələn mütəxəssislər Milli Onkologiya Mərkəzində olub və mərkəzin fəaliyyətini müsbət dəyərləndiriblər.

  -Azad doktor, Azərbaycanda onkoloji xəstəliklərin diaqnostikası  və mövcud resurlar hesabına müalicə prosesini qənaətbəxş hesab etmək olarmı?

 -Azərbaycanda onkoloji xəstəliklərin müəyyən edilməsi üçün prosesdurlar var. Bu xəstəliyin müəyyən edilməsi müasir avadanlıqlar vasitəsilə aparılır. Əgər xəstədə xərçəng aşkarlanırsa, həkim o zaman xəstəyə və yaxud onun yaxınlarına bunu bildirir. Bu həkim üçün böyük məsuliyyədir. Tam dəqiq müayinədən sonra bunu demək mümkün olur. Bizdə olan avadanlıqlar bu müayinəni aparıb dəqiq diaqnoz qoymağa imkan verir.

 - Onkoloji xəstəliklərin əmələ gəlmə səbəbləri daha çox hansı faktorlarla bağlıdır?

-Dünyada tütündən, alkoqoldan istifadə, qeyri sağlam qidalanma və fiziki aktivliyin olmaması xərçəngin inkişafının əsas risk amilləridir.  Həmçinin risk amillərinə  kimyəvi tərkibli və ekoloji cəhətdən təmiz olmayan qidalar da daxildir.  Eyni zamanda, bu xəstəliyin irsən keçməsi də tibbdə rast gəlinən risk faktorlarından biridir. 

-Azad doktor, onkoloji xəstəliklər, həmçinin müayinədən keçməklə bağlı da insanlarda narahatçılıq olur. İnsanların düşüncəsində olan belə məqamları aradan qaldırmaq üçün nə etmək lazımdır?

-Xəstəliyi vaxtında aşkarlamaq lazımdır. Əfsuslar olsun ki, insanlarımızı bu xəstəliklə bağlı bir çox məsələlərdə qorxudurlar.  Xərçəng sözündən qorxmaq lazım deyil, çünki xərçəng erkən mərhələdə aşkar ediləndə müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirləri vacib sayıram. Xərçəng elə bir xəstəlikdir ki, ondan heç kəs sığortalanmayıb. Belə bir rəy formalaşıb ki, guya onkoloji diaqnoz həyatın sonu deməkdir. Əslində isə belə diaqnozlarla bir neçə on il yaşayanlar var və onların sayı az deyil. Xərçəngdən qorunmaq üçün ildə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, xəstələr adətən, xəstəlik şiddətlənəndə və III-IV mərhələyə keçəndə ondan xəbər tuturlar. Əhalini onkoloji xəstəliklərlə bağlı maarifləndirmək lazımdır. Televiziyalar və media bizə bu işdə kömək etməlidir.  İnsanlar arasında elə xof yaradıblar ki, onkoloji xəstə oldunsa, həyat bitdi. Yox, heç də həyat bitmədi.  Bu da məlumatsızlıqdan əmələ gəlir. Bu xəstəlik var da, qaçılmazdır. Amma bu, o demək deyil ki, xəstəliyin inkişaf səbəbi məlum olmadığı üçün həyatın sonudur. Yox! Müalicəsi var, özü də effektlidir.

 -Dünyada tibbi sahəsi sürətlə inkişaf edir. Xarici ölkələrin nüfuzlu  onkoloji qurumları ilə əməkdaşlığınız necə davam edir?

-Azərbaycanda onkoloji sahədə xarici də təcrübə keçən kadrlar çalışır. Xaricdə keçirilən onkoloji xəstəliklərlə bağlı konqreslərdə bizim həkimlərimiz iştirak edirlər.  Bizim ən tanınmış xarici ölkələrin nüfuzlu  onkoloji qurumları ilə əməkdaşlığımız çox yüksək səviyyədədir. Xüsusilə, Türkiyənin bəzi universitetləri, tibb  ocaqları ilə müqavilələrimiz var.  Biz informasiya, təcrübə mübadiləsini genişləndiririk.

Fact-info.az   




Baxış sayı: 625
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30