Fact-info.az xəbər verir ki, müstəqilliyimiz uğrunda aparılan mübarizədən bəhs edən "Qanlı Yanvar" bədii filmi noyabrın 13-dən 29-dək davam edəcək 19-cu "Black Nights" film festivalında nümayiş olunacaq.
Bununla bağlı festivalın prezidenti Tiina Lokk filmin quruluşçu rejissoru Vahid Mustafayevə rəsmi dəvət məktubu göndərib.
1997-ci ildən Estoniyanın paytaxtı Tallində keçirilən Avropanın ən böyük film festivallarından sayılan "Black Nights" festivalı Ümumdünya Prodüsserlər Assosiyasiyası (FIAPF) tərəfindən akkreditə olunub.
Qeyd edək ki, Azərbaycan xalqının mübarizəsinin əks olunduğu bu ekran əsəri avqustun 27-dən sentyabrın 7-dək Kanadada keçiriləcək 36-cı Montreal Beynəlxalq Film Festivalına da dəvət alıb. Filmin Bakı premyerası 2015-ci il yanvarın 19-da baş tutub.
Baxış sayı: 3 766
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

