FACT-INFO.AZ » SİYASƏT » Bəşəriyyət II Dünya müharibəsindən bəri ən yüksək hərbi əməliyyatlar səviyyəsi ilə üz-üzədir
12-06-2024, 10:30 | SİYASƏT
Bəşəriyyət II Dünya müharibəsindən bəri ən yüksək hərbi əməliyyatlar səviyyəsi ilə üz-üzədir

Dünyada münasişələr artmaqda davam edir.

İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanmış Qlobal Sülh Indeksində (GPI) qeyd olunan məlumatlarda  göstərilir ki, İkinci Dünya Müharibəsindən bəri dünyada sülhün bu qədər aşağı indeksli səviyyəsi qeydə alınmayıb.

2023-cü ildə münaqişələrin səbəb olduğu ən azı 162 min ölüm hadisəsi qeydə alınıb ki, bu da son 30 ildə ikinci ən yüksək göstəricidir.

2024-cü ilin ilk dörd ayında dünyada münaqişələr nəticəsində ölənlərin sayı 47 minə çatıb və bu tendensiya davam edərsə, 1994-cü ildəki Ruanda soyqırımından bəri ən çox ölüm qeydə alınacaq.

Bu, son 16 ildə Qlobal Sülh Indeksi tərəfindən dünyada sülhün səviyyəsi ilə bağlı qeydə alınan on ikinci pisləşmədir. GPI, sülhün səviyyəsini ölçmək üçün cəmiyyətlərdə təhlükəsizlik səviyyəsini, davam edən daxili və beynəlxalq münaqişələrin miqyasını və ölkələrin hərbiləşmə dərəcəsini təhlil edən 23 göstəricidən istifadə edib.

Ukraynada və Qəzza zolağında gedən döyüş əməliyyatlarından savayı, dünyada daha 54 aktiv münaqişə ocağı mövcuddur. İğtişaşlar getdikcə beynəlxalq xarakter alır: 92 ölkə öz sərhədlərindən kənarda baş verən döyüşlərdə iştirak edir ki, bu da GPI-nin tərtib edilməsindən bəri ən yüksək göstəricidir.

IEP-in icraçı direktoru Maykl Kollinzin bildirdiyinə görə, bu, müharibənin texnoloji təkamülünə cavab reaksiyasıdır. “İndi kiçik qruplar və ya orta qüvvələr kiberhücumlardan və ya dron texnologiyalarından istifadə etməklə, peşəkar ordu ilə mübarizə apara bilirlər. Bu isə eyni münaqişədə müxtəlif iştirakçıların sayının artmasına kömək edir”, - o, deyib.

Bunlar həm də son onilliklərdə olduğu kimi tərəflərdən hər hansı birinin qəti qələbəsi və ya sülh razılaşmaları ilə bitməyən, qeyri-müəyyən müddətə uzanan münaqişələrdir.

“Ölkənin iqtisadi rifahı zorakılıq səviyyəsi ilə tərs mütənasibdir. Silah satmaqla və geosiyasi mövqelərini müəyyən etməklə şəraitdən faydalanan bəzi ölkələr olsa da, müharibədə iştirak heç kimin maraqlarına cavab vermir” - deyə Kollinz əlavə edib: “Sülh səviyyəsinin yüksək olduğu yerdə iqtisadi gəlirlilik də yüksəkdir. Zorakılıq halları məhsuldarlıqda kəsirin yaranması, itirilmiş gəlir və xərclərin artması şəklində iqtisadi itkilərə səbəb olur”.

2023-cü ildə zorakılığın qarşısının alınması, dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər və iqtisadi səmərəlilik 17,5 trilyon avro təşkil edib. Bu, keçən ilə nisbətən 145 milyard avrodan çox artım deməkdir. Sülh quruculuğu və sülhün qorunması xərcləri 45,6 milyard avro təşkil edib ki, bu da ümumi hərbi xərclərin 0,6 faizindən azdır.




Baxış sayı: 115
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30