FACT-INFO.AZ » QHT » Misirin beynəlxalq əməkdaşlıq naziri: COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik
8-06-2024, 18:00 | QHT
Misirin beynəlxalq əməkdaşlıq naziri: COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik

“Misirlə Azərbaycan arasında əlaqələr sıxdır, iki ölkə arasında bir çox sahələrdə perspektivli əməkdaşlıq sahələri mövcuddur. Buraya infrastruktur, neft-qaz, İKT və əczaçılıq sahələri daxildir. Biz qarşıdakı dövrdə bu sahələrdə daha sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərinin nəticələrini səbirsizliklə gözlədiklərini vurğulayaraq deyib: “Həmçinin qeyd etdiyim sahələrdə, xüsusilə biznes sahəsində daha çox əməkdaşlıq etməyə ümid edirik”.

Nazir Azərbaycanla əməkdaşlığın digər çox vacib aspektinin COP ilə bağlı olduğunu bildirib: “Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edirik. Misir iki il əvvəl COP27-yə ev sahibliyi edib. İqlim dəyişikliyi sahəsində bir çox əməkdaşlıq sahələri, – məsələn, iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq ictimaiyyətdən maliyyənin necə səfərbər olunması, – mövcuddur”.

Xanım Raniyə Əl Maşat deyib ki, COP-a ev sahibliyi mühüm əhəmiyyət kəsb edir: “Bu, əhəmiyyətli bir cəhətdir. Çünki bu, ekologiyanı çirkləndirməyən ölkələrin nə qədər maliyyəyə ehtiyac duyduqlarını, beynəlxalq əməkdaşlığın tələb olunduğunu nümayiş etdirmək imkanı yaradır ki, hamımız iqlimlə bağlı qlobal məqsədlərə cavab verə bilək. Misirdə bununla bağlı bir çox sahələrdə araşdırma aparılıb. Düşünürəm ki, bu, COP29 ilə davam edəcək. İkincisi, ölkə platformalarıdır. Ölkə platformaları - burada ölkə öhdəlikləri, iqlim fəaliyyəti ilə bağlı istədiklərini bildirir və sonra biz ölkələrimiz üçün prioritet olan layihələri həyata keçirə bilməkdən ötrü güzəştli maliyyəni səfərbər etməyə çalışırıq. Beləliklə, beynəlxalq maliyyə qurumları, çoxtərəfli inkişaf bankları ilə necə işləmək, məqsədlərimizə çata biləcəyimizə əmin olmaq üçün birlikdə necə çalışmalı olduğumuzu müəyyənləşdiririk.

Biz COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik və Azərbaycan xalqını COP29-a ev sahibliyi etməsi münasibətilə bir daha təbrik edir və onlara bu çox mühüm konfransda uğurlar arzulayırıq”.




Baxış sayı: 60
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30