Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 13-cü plenar iclasında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsindən danışıb.
Fact-info.az-ın məlumatına görə, o, deyib ki, Azərbaycanın bu mühüm beynəlxalq tədbirə ev sahibliyi edən ölkə kimi yekdilliklə seçilməsi ölkənin iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir.
Noyabr ayında Bakıda keçiriləcək bu tədbirdə Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyin təşviqinə, gələcəyimiz naminə bütün tərəfləri ümumi məqsəd ətrafında birləşdirməyə çalışacağını bildirən spiker Sahibə Qafarova xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Toplantısı da keçiriləcək. Onun sözlərinə görə, bu toplantı iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərin oynaya biləcəyi rola və ata biləcəyi addımlara dair fikir mübadiləsi aparmağa imkan verəcək.
Baxış sayı: 95
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
