FACT-INFO.AZ » QHT » Dövlət və özəl qurumlara kiberhücumlar artıb
6-06-2024, 10:00 | QHT
Dövlət və özəl qurumlara kiberhücumlar artıb

Texnologiyanın sürətli inkişafı dövründə kibertəhlükələr getdikcə daha mürəkkəb və geniş vüsət alır. Biz dövlət qurumlarına, özəl şirkətlərə və hətta ayrı-ayrı şəxslərə kiberhücumların sayının artdığını görürük.

Fact-info.az xəbər verir ki, bunu “Dövlət qurumları İT rəhbərlərinin zirvə toplantısı”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov deyib.

O qeyd edib ki, bu vəziyyətdə dövlətdən biznesə və vətəndaş cəmiyyətinə etibarlı və təhlükəsiz rəqəmsal ekosistemi yaratmaq üçün qüvvələrimizi birləşdirməliyik:

“Kibertəhlükələr haqqında dövlət qurumları, media subyektlərinin nümayəndələri və ictimaiyyətin məlumatlılığının artırılması məsələsi də eyni dərəcədə önəmlidir. Hər birimiz rəqəmsal dünyada hansı risklərin mövcud olduğunu, özümüzü və məlumatlarımızı necə qoruya biləcəyimizi başa düşməliyik. İlk növbədə dövlət qurumlarının kibersavadlılığının artırılması uğurlu hücumların sayını əhəmiyyətli dərəcədə azaltmağa və ümumi təhlükəsizliyi gücləndirməyə kömək edəcək. Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna əsasən KiberDiplomatiya üzrə Beynəlxalq Konfransın regional təmsilçiliyi eksklüziv olaraq Xidmətə verilib və cari ilin 25 sentyabr tarixində “KiberDiplomatiya” üzrə Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi qərara alınıb”.

Azər Əhədov bildirib ki, NATO-nun Sülh Naminə Elm proqramının elan etdiyi “kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi layihəsinə” dair müsabiqəyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırlayıb təqdim etdiyi “Cyber Poligon” layihəsinin ötən ay yekun qiymətləndirilməsi aparılıb və layihə qalib elan edilib:

“Təqdim olunan layihə uyğun gəldiyi üçün NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənib və layihənin 2 illik icrası üçün NATO tərəfindən qrant ayrılıb. Eyni zamanda, Prezidentin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiq edilib. Artıq Strategiyanın Tədbirlər Planı üzrə müvafiq yarımbəndlərin icrasına dair aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən icraya başlanılıb və müvafiq qurumlar arasında koordinasiyalı fəaliyyət təşkil olunub. Strategiyanın əhatə etdiyi dövr ərzində bir çox hədəflərə nail olunması nəzərdə tutulur, bunlardan milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması, fərdi məlumatların mühafizəsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər planlaşdırılır" (APA).




Baxış sayı: 85
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30