FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə beynəlxalq maraq ildən-ilə yüksəlir”
5-06-2024, 10:00 | QHT
Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə beynəlxalq maraq ildən-ilə yüksəlir”

"Bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, dünyanın enerji siyasətinin mərkəzində duran ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın enerji strategiyası elə mükəmməl hazırlanıb və həyata keçirilir ki, onun uğurları regionu, eləcə də dünyanı əhatə etməkdədir. Əgər bir zamanlar biz bu sahədə hansısa dövlətlərdən asılı idiksə, bu gün isə bunun tam əksidir: artıq uzun illərdir Azərbaycan özü tərəfdaşlarına enerji ixrac edir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi enerji siyasəti iqtisadiyyatımızı gücləndirməklə, vətəndaşlarımızın rifahını dəfələrlə yüksəltməklə yanaşı, həm də böyük siyasi və strateji anlam daşıyaraq müstəqilliyimizi möhkəmləndirib, ölkəmizə böyük nüfuz gətirib, həmçinin beynəlxalq mövqelərinə müsbət təsir edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz  dəhlizi" kimi enerji layihələri Azərbaycanı regionun, o cümlədən Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən birinə çevirib. Bu, beynəlxalq aləmdə ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bildiyimiz kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6,  trilyon, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrdir. Bu da imkan verir ki, Azərbaycan hələ uzun illər etibarlı enerji təchizatçısı kimi yoluna davam etsin".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətinin, bu sahə üzrə həyata keçirdiyi layihələrin uğurlu və cəlbediciliyi, təbii ki, onun güvənli olması ilə sıx bağlıdır: "Belə ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn layihələrin tarixinə nəzər salsaq, görərik ki, ölkəmiz atdığı hər bir imzasına məsuliyyətlə yanaşıb, öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, sənədlərdə heç bir dəyişiklik etməyib, ixracda gecikmə də olmayıb. Bir sözlə, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan son dərəcə məmnundurlar. Odur ki, ölkəmizin bu istiqamətdə atdığı yeni-yeni addımlar, təşəbbüslər böyük dəstək qazanır, ona qoşulmaq istəyənlərin sayı isə durmadan artır".

"Azərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri də hər il keçirilən Bakı Enerji Həftəsidir. Bu platforma şərait yaradır ki, dünyada enerji sənayesi ilə məşğul olan təşkilatlar, onların lider və nümayəndələri bir araya gəlsin, enerji təhlükəsizliyi, enerji istehsalı və digər vacib məsələləri müzakirə etsinlər. Uzun illərin təcrübəsi göstərir ki, Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlar, təcrübə mübadilələri, gələcək perspektivlərin müəyyən edilməsi baxımdan olduqca faydalıdır. Hər il olduğu kimi, bu dəfə də tədbirə maraq yüksəkdir -  37 ölkədən 300-dək şirkət burada cəm olub. Eləcə də dövlətimizin başçısı cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində iştirak etməsi, mövzu üzrə dəyərli fikirlərini bölüşməsi, qiymətli tövsiyələri tədbirin əhəmiyyətini artırmaqla yanaşı, yüksək statusunu da göstərir", - AHİK sədri qeyd edib.

"Bakı Enerji Həftəsinin önəmli tərəfi həm də "yaşıl enerji" sahəsinin inkişafına, təcrübələrin bölüşməsinə, bunun zəruriliyinin təbliğinə geniş yer verməsidir. Təmiz ətraf mühit və "yaşıl enerji" növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən olunub və bu istiqamətdə qısa müddət ərzində görülən işlər də göz qabağındadır. Bildiyimiz kimi, iqlim dəyişikliyi ağır fəsadlara yol açıb və qlobal xarakter daşıyır. Bütün dövlətlərin həssas yanaşmalı olduğu bu məsələdə Azərbaycan etibarlı və məsuliyyətli davranır. Belə ki, 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını ölkəmiz qarşısına hədəf olaraq qoyub. Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji üzrə gördüyü işlər barədə iştirakçılara məlumat verdi. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji gücü 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Təbii ki, bu, yüksək potensialdır və imkan verir ki, Azərbaycan bu istiqamətdə gördüyü işləri daha da genişləndirsin. Yeri gəlmişkən, tədbir çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tərəfindən Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bu istiqamətdə görülən işlərin bilavasitə davamıdır", - Milli Məclisin deputatı vurğulayıb.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30