FACT-INFO.AZ » SİYASƏT » Xocalı yenə də dünyanın diqqət mərkəzində - bu dəfə abad, gözəl, inkişafda olan şəhər kimi
3-06-2024, 10:00 | SİYASƏT
Xocalı yenə də dünyanın diqqət mərkəzində - bu dəfə abad, gözəl, inkişafda olan şəhər kimi

Otuz iki ildən sonra dünyanın diqqəti yenidən Azərbaycanın Xocalı şəhərinə yönəlib. Ancaq bu dəfə şəhid Xocalı yox, qəhrəman Xocalı kimi. Həm də abadlaşan, gözəlləşən, inkişaf, tərəqqi yolunda sürətə irəliləyən Xocalı kimi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Xocalı sakinlərinə tam bərpa edilmiş və yeni tikilmiş, hər cür infrastruktura malik evlərin açarlarını təqdim etdilər və onların bundan sonra öz ata-baba yurdlarında tam təhlükəsiz, əbədi yaşayacaqlarna əminliklərini bildiridilər. Hər bir soydaşımız üçün qürurverici, ermənilərə və onların havadarlarına isə göz dağı olan bu mərasimdə Xocalı şəhərinə köçmüş 24 ailəyə təzə mənzillərin açarları təqdim edildi. Bir neçə gün sonra isə respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 20 ailənin Xocalıya - isti ocaqlarına qayıtmaları təmin edildi. İndiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. Bu köç davam edəcək. Təkcə xocalılılar yox, yurd-yuvalarından didərgin salınmış keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinc və fərəhlə mərhələ-mərhələ doğma dədə-baba yurdlarına qayırdılar.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında bir neçə gün əvvəl Xocalı sakinlərinə yeni mənzillərin açarlarının təqdimolunma mərasiminə münasibət bildirən siyasi şərhçi Əliqismət Bədəlov söyləyib.

O deyib ki, 32 ildən sonra isti ocaqlarına qayıdan soydaşlarımız sevinirlər ki, artıq “məcburi köçkün” kimi utancverici addan xilas oldular. Bu şad və xoşbəxt günləri onlara bəxş edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqların bildirirlər. Təkcə keçmiş məcburi köçkün soydaşlarımızda yox, xalqımzda da dövlətimizin başçısının qətiyyətlə dediyi ”Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq” sözləri tam rahatlıq və əminlik yaradıb. Artıq uşaqdan-böyüyə hamıya bəllidir ki, işğalçı Ermənistan bir daha torpaqlarımıza göz dikə bilməz. Çünki dünyanın 50 ən gücü ordusu sırasnda Azərbaycanın da yenilməz ordusunun adı var. Bu ordu işğalçıların torpaqlarımıza ayaq basmalarına imkan verməz. Ermənilər də dərk edirlər ki, indiki Azərbaycan 1992-ci ildəkindən qat-qat fərqlənir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyevin bu şəhərdə Azərbaycan Bayrağını qaldrması Xocalı faciəsi qurbanlarının qisasının alındığın bir daha nümayiş etdirdi. Bütn dünya da şahid oldu ki, Qarabağ Azərbaycandır!

Siyasi şərhçi birinci dəfə - 32 il əvvəl dünyanın nəzər-diqqətinin Azərbaycanın Xocalı şəhərinə yönəldiyi vaxtı xatırladaraq deyib ki, yəqin 1992-ci ildə erməni faşistlərinin Xocalıda törətdikləri qətliam yaddaşlardan silinməyib. Təbii ki, bu qanlı faciə soydaşlarımızın yaddaşından heç vaxt silinməyəcək. Hətta dünya ictimaiyyətinin nümayəndələri arasında da bu faciədən sarsılan humanist insanlar olmuşdu. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Məhz aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb və bununla əlaqədar 13 sənəd qəbul edib. Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var.

Ə.Bədəlov deyib ki, bu gün hər birimiz şəhidlərimizin qanının yerdə qalmadığından qürur hisi keçiririk. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız bədnam düşmənin yeni işğalçılıq planlarına birdəfəlik son qoydu və xalqımızın tarixinə parlaq Qələbə yazaraq haqq-ədaləti bərpa etdi.Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir, onlara “Ruhunuz şad olsun, rahat uyuyun. Qanınz yerdə qalmadı, biz doğma yurdumuza-Xocalıya qayıdırıq” deyirlər.

“Bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərində küçədə sakinlərlə sərbəst gəzmələri, səmimi söhbət etmələri, bərpa edilmiş evlərə baxmaları, şəhərin baş planı ilə tanış olmaları dünyanın nəzər-diqqətini bu dəfə qəhrəman Xocalıya yönəltdi” –deyə siyasi şərhçi bildirib.




Baxış sayı: 105
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031