FACT-INFO.AZ » QHT » ATİAHİ RK-nın XVIII hesabat-seçki konfransı keçirilib
3-06-2024, 08:30 | QHT
ATİAHİ RK-nın XVIII hesabat-seçki konfransı keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.

Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı başlayıb.

ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.

Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.

ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O, əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.     

ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440 932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən 6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.

Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64 139 ittifaq üzvünə maddi yardım göstərilib, 45 443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760 nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634 nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib. Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə götürüb”.

Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qoyulub.

Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni tərkibi seçilib.

Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.

Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.

Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə Cəfərzadə isə müavin seçilib.

Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.




Baxış sayı: 120
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930