Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən şahmat üzrə "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi məlum olub.
Son tura lider kimi başlayan Azərbaycan şahmatçısı Məhəmməd Muradlı bu gün yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Changrenlə xalı yarı bölüb.
Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub. Yarışın qalibi adını qazanan şahmatçımız həm də 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə E.Səfərli 6-cı yeri tutub.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətiylə təbrik edib.
Baxış sayı: 115
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
