FACT-INFO.AZ » QHT » 1 İyun: QHT tərəfindən təşkil edilən Psixoloji Dəstəklə Universitet İmtahanlarına Qarşı
31-05-2024, 15:00 | QHT
1 İyun: QHT tərəfindən təşkil edilən Psixoloji Dəstəklə Universitet İmtahanlarına Qarşı

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Psixoloji Yardım Ayı” təşkil edir.  01 iyun 2024-cü il tarixindən 01 iyul 2024-cü il tarixinədək nəzərdə tutulan yardım ayı universitet imtahanına hazırlaşan bütün abituriyentlərə aiddir.

Fact-info.az xəbər verir ki, bildiyimiz kimi bir çox abituriyentlər universitetə hazırlıq prosesində həm fiziki, həm də emosional baxımdan böyük çətinliklər yaşayırlar. Universitet imtahanına hazırlıq prosesində və xüsusəndə orta məktəbin son siniflərində təhsil alan abituriyentlər eyni zamanda əksər məsuliyyətləri öz üzərinə götürməli olurlar. İstər gərgin məktəb dərsləri, istərsə də məktəb imtahanları və universitet imtahanlarına hazırlıq zamanı dərslərin intensivliyi abituriyentlərdə panika mühiti yaradır. Beləliklə imtahana o qədər anlam yukləyirik ki, şagirdlər üçün bu anlam artıq bir stress mənbəyi olub. “Yaxşı bal toplamasam valideynlərim nə deyəcək?" qayğısı, narahatçılığı gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri abituriyentlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur. İmtahan stressi isə beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur. Nəticə etibarilə abituriyentlər imtahanda biliklərini layiqincə ifadə edə bilmir.

Bəs necə edək ki, imtahan stressini azaltmaqda onlara kömək edək?

Stressin müəyyən qədəri təbiidir. Önəmli olan hər şeyi itirmək qorxusu bizdə qayğı hissi yarada bilər. Bu qayğını yox etmək deyil, onunla barışmaq lazımdır. Abituriyentlərin davamlı olaraq qarşılaşdıqları bir vəziyyət bütün öyrənilənlərin unudulması narahatlığı və imtahan zamanı yaranan boşluq hissinin necə aradan qaldırılmalı və nə etməli olduğudur. İmtahana hazırlaşan hər bir abituriyentin az da olsa, narahat olması gözlənilir və olmalıdır. Abituriyentlərdə əgər bu kimi hallar normal vəziyyətdən daha çox yaranıbsa, bu zaman onlar mütləq şəkildə psixoloji dəstək almalıdırlar. 

Odur ki, təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərova abituriyentlərlə görüş zamanı “Həyat tortu", "Zaman maşını", "Nəfəs texnikaları","Bədən gərginliyinin azaldılması", “Sən psixoloq rolunda" texnikaları vasitəsilə stressi necə azaltmağa nail olmağa çalışacaq. 
“Psixoloji Yardım Ayı”nın əsas məqsədi xidmətin əlçatanlığını təmin etmək üçün hər kəsin ödənişsiz psixoloji bilik və səriştələrinin birbaşa üsullarla artırılması istiqamətində təlimlər, mühazirələr və konsultasiyaların həyata keçirilməsidir.

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869




Baxış sayı: 170
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30