“Çox qürurlanıram ki, Azərbaycan dünyaya və regiona sülh gətirmə ilə bağlı bir çox proseslərinin mərkəzindədir”.
Fact-info.az xəbər verir ki, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim səfirliyin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Şimaldan Cənuba, Şərqdən Qərbə bağlantı layihələri həyata keçirir və bunların məqsədi yalnız bizneslər üçün ən sürətli yollar qurmaq deyil, həmçinin regiona və dünyaya daha çox rifah və inkişaf gətirməkdir.
Səfir əlavə edib ki, sülh qonşularla yaxşı münasibətlər olmadan mümkün deyil. “Biz heç zaman heç bir qonşularımıza qarşı olmamışıq. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qürurla deyə bilərəm ki, regionda sülh mümkündür. Ermənistanla danışıqlarda irəliləyiş, siyasi dialoq və sərhədlərin delimitasiyası regionda davamlı sülhə gətirib çıxaracaq”, - deyə Xəzər İbrahim qeyd edib.
Baxış sayı: 45
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
