FACT-INFO.AZ » QHT » Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri: Prezident İlham Əliyevin kursuna layiq olmağa çalışırıq
16-05-2024, 19:00 | QHT
Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri: Prezident İlham Əliyevin kursuna layiq olmağa çalışırıq

Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) Dostluq Cəmiyyəti Azərbaycanı dost ölkədə hərtərəfli təmsil etməyə və Prezident İlham Əliyevin simasında respublika rəhbərliyinin kursuna layiq olmağa çalışır. Fact-info.az xəbər verir ki, bu sözləri Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu Şimali Kiprin Girne şəhərində Türkiyə, ŞKTR və Azərbaycan arasında qarşılıqlı münasibətlərin gələcəyinə həsr olunmuş konfransdakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ŞKTR-də 1500-ə yaxın Azərbaycan vətəndaşı yaşayır, onlardan 40 nəfəri universitet müəllimi kimi gənc kadrların yetişdirilməsində yaxından iştirak edir.

Eyni zamanda, Azərbaycan sahibkarları dost ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər.

“ŞKTR-də yaşayan azərbaycanlıların hər biri bizim üçün qürur mənbəyidir”, - deyən Orxan Həsənoğlu rəhbərlik etdiyi cəmiyyətin 2012-ci ildən bəri Kiprin şimalında fəaliyyət göstərdiyini, soydaşların problemlərinin həllinə kömək etdiyini, çoxsaylı sosial aksiyalar və mədəni tədbirlərin təşkilatçısı olduğunu xatırladıb.

Cəmiyyət rəhbəri qeyd edib ki, bütün bu illər ərzində ŞKTR-də azərbaycanlılar öz doğma ölkələrinin dəstəyini hiss edirlər. O deyib: “Biz əldə etdiyimiz hər şeyi Azərbaycana borcluyuq. Azərbaycan və ŞKTR arasında parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun yaradılması sayəsində mövqelərimiz daha da möhkəmlənib”.

Orxan Həsənoğlu əmin edib ki, bir gün əvvəl Girne şəhərində açılan Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi də Şimali Kipr Türk Respublikasında yaşayan digər türk dövlətlərinin vətəndaşlarına yardım platformasına çevriləcək.

Azərbaycan və ŞKTR parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev Dostluq Cəmiyyətinin rəhbərliyinə “Dəmir yumruq” heykəlciyi təqdim edib. O, ümidvar olduğunu bildirib ki, ŞKTR də Azərbaycan kimi birlik, həmrəylik və qüdrətli “dəmir yumruq” vasitəsilə öz hüquqlarını müdafiə edə və ədalətə nail ola biləcək.

Konfransda, həmçinin ŞKTR parlamentinin spikeri Zorlu Töre, Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentinin üzvləri, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, üç ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30