FACT-INFO.AZ » XƏBƏR » Az TV – millilik, müasirlik və uğurlar ünvanı
21-01-2017, 10:45 | XƏBƏR
Az TV – millilik, müasirlik və uğurlar ünvanı

Artıq 2017- ci ilin ilk ayını geridə qoymaqdayıq. Və bu bir ayda elə bir günüm olmayıb ki, xəyalən keçmişə qayıtmayım. Ən çox xatirələrim də tələbəlik illərimlə, işə ilk addım atdığım günlərlə bağlıdır. İllər sürət qatarı kimi ötür. Düz 25 il əvvəl yanvar ayında tələbəykən bu doğma ocağa ilk dəfə qədəm qoydum. Həmişə ekranda, efirdə görüb, eşitdiyim adamları canlı görmək… bundan böyük xoşbəxtlik ola bilərdimi? Üstəlik onlar mənim salamımı da alırlar… Heç vaxt unudulmayacaq o günlər. Bütün bunları yada salarkən ağlıma gələn ilk bu oldu. Mən heç vaxt doğma ocağım barədə ürək sözlərimi mətbuatda, internet saytlarında bölüşməmişəm. Niyə? Yəqin “Görünən dağa nə bələdçi” düşüncəsi, ya yazı-pozunun çox olması, ya da xalq şairi Bəxtiyar Vahabzadə demişkən, “adam öz anasını necə tərifləsin…” Deyirlər ki, doğma insanlar təşəkkür gözləmir, bəlkə də buna görə. Amma bu gün bu düşüncələri bir kənara qoyub, bir dinləyici və tamaşaçı kimi Televiziya və Radiomuzdan yazdım. Maraqlıdırsa, oxuyun!    

 “Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir”. Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri Televiziyanın bir millətin, bir ölkənin həyatında nə qədər böyük rol oynadığını dəqiq əks etdirir. Yəqin hər kəs razılaşar ki, cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, incə zövqün formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə Azərbaycan Televiziya və Radiosunun bənzərsiz rolu danılmazdır.  Ölkəmiz 20-ci əsrdə dövlət  müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan teleradiosu həm dövlətçilik ideologiyasının təbliğində, həm milli-mənəvi dəyərlərin qorunmasında, həm də dünya azərbaycanlılarına, xarici ölkə vətəndaşlarına Azərbaycan haqqında əsl həqiqətlərin çatdırılmasında misilsiz rol oynayır.  Bu gün yeniləşmiş Azərbaycan Televiziya və Radiosunun ilk növbədə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması baxımından rolu əvəzsiz və inkarolunmazdır. Azərbaycan Televiziyası bu gün həm rəsmi xəbərin ilk qaynaqdan çatdırılmasında, ölkənin ictimai-siyasi, sosial həyatının ən aktual məsələlərinin çözülməsində, eləcə də tariximizin, elm və mədəniyyətimizin, idmanımızın təbliğində, çoxmilyonlu tamaşaçı ordusunun maarifləndirilməsində ön sıradadır.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qarşıda duran prioritet məsələlərdən biri də milli diasporumuzun təşkilatlanması və inkişaf etdirilməsinə nail olmaqdır. Dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsi ideyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ideyanın daha geniş vüsət alması, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı  ziyalıların, elm, mədəniyyət və incəsənət xadimlərinin axtarılıb onların barəsində verilişlər hazırlanması missiyasını da məhz AzTV öz üzərinə götürüb. 

Azərbaycan Televiziyasının əldə etdiyi uğurlardan biri də Azərbaycanda gənclərin sağlam ruhda böyümələrini, xüsusən də Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını peşəkar şəkildə xalqa təqdim etməsidir. 2015-ci ilin iyun ayında Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının “İdman Azərbaycan” kanalı vasitəsi ilə böyük peşəkarlıqla yayımlanması, hər bir idman oyununun mütəxəssislər tərəfindən dolğun şəkildə şərh edilməsi dediklərimizə sübutdur. Burada müasir texnologiya ilə istedadlı gənclərin intellektual səviyyələrinin vəhdət təşkil etməsi də Azərbaycan Televiziyası rəhbərliyinin bu sahədə böyük təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Ümumiyyətlə, son dövrlər AzTV-də aparılan gəncləşdirmə siyasəti, televiziya və radio  verilişlərinin yeni ruhda və daha müasir texnoloji vasitələrlə təqdim olunması, xəbərlər proqramının milli maraqlar və müasir standartlar çərçivəsində hazırlanması tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. 

Son illər Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin araşdırılaraq inkişaf etdirilməsi, xüsusən də muğam sənətinin yenidən özünə qaytarılması istiqamətində həyata keçirdiyi qlobal tədbirlər hər birimizdə böyük iftixar hissi yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam müsabiqəsinin təşkil edilməsi və Azərbaycan Televiziyasının vasitəs ilə müsabiqənin dunyaya çatdırılması milli özünüdərkin bünövrəsini qoyub. 

Milli mədəniyyətimizin, zəngin tariximizin, qədim adət-ənənələrimizin daha  geniş təbliğ və inkişaf etdirilməsi məqsədi ilə yaradılan “Mədəniyyət” kanalı fəaliyyət göstərdiyi çox da böyük olmayan zaman kəsiyində böyük populyarlıq qazanıb. Ölkədə təşkil olunan elə bir mədəniyyət tədbiri yoxdur ki, o “Mədəniyyət” kanalında nümayiş etdirilməsin. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanla bağlı təşkil olunan tədbirləri tamaşaçılara operativ çatdırmaq kimi məsuliyyətli bir işin öhdəsindən “Mədəniyyət” kanalı peşəkarlıqla gəlir. 

Televiziyanin ötənilki uğurlarından danışanda, dünyaca məşhur “Səs” layihəsindən yan keçmək olmaz. Bir çox ölkələrdə populyarlıq qazanmış bu layihənin Azərbaycanda keçirilməsi böyük cəsarət və fantastik peşəkarlıq tələb edirdi. Digər ölkələrdən fərqi olaraq bizdə müasirliklə yanaşı milliliyin qorunması, şou ilə yanaşı sənətə, istedada doğru-dürüst qiymət vermək kimi şərtlər diqqətdə saxlanmalı,  dünya standartlarına uyğun pavilyon, dekorasiyalar, texnika, ən əsası isə professional heyət yaradılmalı idi. Bütün bunların öhdəsindən isə sözsüz ki, ana televiziyamız gələ bilərdi. Və gəldi də... Milyonlarla tamaşaçını mavi ekran qarşısına toplayan televiziyamız elə ilk yayımdan sonra bütün nigarançılıqlara son qoydu. Yüksək profesionallıqla təqdim edilən “Səs” yalnız yerli tamaşaçıların deyil, dünya musiqisevərlərinin qəlbini fəth edə bildi. Bu da öz növbəsində qarşıya qoyulan məqsədin uğurundan xəbər verirdi. Layihə başa çatdıqdan sonra, hər zaman istedadlı gənclərin qayğısına qalan televiziya rəhbərliyi iştirakçılar üçün geniş üfüqlər açdı. Onlar məhz Az.Tv-nin qayğısı , diqqəti sayəsində tanınır, inkişaf edir və sevilirlər.

Bəli, bu gün AzTV qədim Odlar Yurdunun tarixini, Azərbaycan həqiqətlərini dünyaya peşəkarlıqla çıxarır, Ana dilimizin inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayır.

Bütün bu dediklərimiz  bir kollektivin zəhmətinin, canıyananlıqla işə yanaşmasının məhsuludur. Bu nailiyyətləri əldə etmək üçün böyük bir ailəyə - Teleradio ailəsinə isti münasibət, diqqət, qayğı lazımdı. Ancaq bunun sayəsində uğur əldə etmək olar.   Yaradıcı insanlardan ibarət kollektivə rəhbərlik etmək o qədər də asan məsələ deyil. Bu mənada AZ TV kimi böyük bir kollektivdə əsl yaradıcılıq mühiti yaradan Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovun rəhbərlik bacarığını, kreativ düşüncə tərzini, peşəkar idarəetmə keyfiyyətlərini də xüsusi vurğulamaq gərəkdir. AZ TV rəhbərinin son illər həyata keçirdiyi uğurlu islahatlar nəticəsində studiyalar yenidən qurulub, təzə montaj otaqları ayrılıb, müasir texnologiyanın tətbiqinə başlanılıb. Kollektivdə çalışan gənclərin qayğıyla əhatə olunması, onların peşəkarlıq səviyyəsinin artırılması, gələcək mütəxəssislərin hazırlanması Arif müəllimin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Çünki gənc yaşlarından burada çalışan və illərlə pillə-pillə bu mənsəbə yüksələn Arif Alışanov kollektivin hər bir üzvünü özünə doğma bilir.
Əgər doğmalıq varsa, deməli çalışmağa, yaratmağa da dəyər. Özü də söhbər yaradıcılıq işinin asanlaşmasından gedirsə.  Bəli, bu gün Azərbaycan Televiziyası, eləcə də Radiosu çox zəngin maddi-texniki bazaya sahibdir. Burada olan texnika, aparatlar, studiyalar yayımda keyfiyyətə birbaşa təsir göstərən amillərdəndir. Nə xoş ki, bu amillər öz əksini proqramlarda da təcəssüm etdirir. Yəni, hər hansı bir telekanal ən keyfiyyətli maddi-texniki bazaya sahib ola bilər, lakin efirə tamaşaçı marağı doğurmayan proqramlar verilirsə, bu bazanın nə önəmi?
AzTV bu baxımdan çox fərqlənir. Televiziya proqramlarında keyfiyyət, ciddilik, maarifçilik, belə deyək, dövlətçilik ruhu qorunub-yaşadılır. Azərbaycan Televiziyasında ana dilində gözəl, səlis və  anlaşıqlı danışılır.  Çünki, yaradıcı heyət də öz işini sevən, yüksək intellektli, savadlı və dünyagörüşlü jurnalist və rejissorlardan, texniki işçilərdən formalaşdırılıb.
Son illər Azərbaycan Televiziyası və Radiosunda həyata keçirilən dəyişikliklər bütün verilişlərdə özünü əyani göstərir. Məzmun və forma yenilikləri tamaşaçılar və dinləyicilər tərəfindən təqdir olunur. Efir intizamının yüksəlməsi, informasiya siyasətinin təkmilləşdirilməsi, proqram tərtibindəki yeniliklər islahatların uğurlarından xəbər verir. Texniki problemlərin kompleks həlli isə son illərin mühüm nailiyyətlərindəndir. Təbii ki, bütün bunlar da öz növbəsində müxtəlif məzmunlu yeni-yeni verilişlərin ərsəyə gəlməsinə şərait yaradır. Ümumiyyətlə, AZ TV-nin salnaməsini vərəqləyəsi olsaq, onun səhifələrində istedadların və zəhmətin parlaq izləri aydın görünər. Son vaxtlar AZ TV-nin efirini bir-birindən maraqlı, rəngarəng verilişlərin bəzəməsi bu ənənənin bu gün uğurla davam və inkişaf etdirilməsindən xəbər verir. Elə bu səbəbdən də geniş tamaşaçı auditoriyası  AZ TV-nin səsini-sözünü qəlbinə yaxın bilir. Xoş sorağı oba-oba gəzib-dolaşan AZ TV bu gün sözün həqiqi mənasında xalqın tribunasıdır.

  Dilşad Tahirqızı
Azərbaycan Televiziyavə RadioVerilişləri
  QSC-nin əməkdaşı 




Baxış sayı: 2 294
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031