FACT-INFO.AZ » SİYASƏT » Fransa Yeni Kaledoniyanın müstəmləkəçiliyini konstitusiyalaşdırmaq istəyir
23-03-2024, 13:00 | SİYASƏT
Fransa Yeni Kaledoniyanın müstəmləkəçiliyini konstitusiyalaşdırmaq istəyir

 Haaqada Livan üzrə Xüsusi Tribunalda Müdafiə Bürosunun sabiq direktoru Fransua Ru Fransanın “L’Humanité” qəzetində Fransa parlamentarilərinə çağırış edib.

Fact-info.az xəbər verir ki, fransız hüquqşünas hökumətin Yeni Kaledoniyanın müstəmləkəçiliyini konstitusiyalaşdırmaq istədiyini qeyd edib. Bildirib ki, hökumət COVID pandemiyası və kanak xalqının yas adətləri səbəbindən təxirə salınması ilə bağlı tələbinə baxmayaraq, 2021-ci ilin dekabrında keçirilmiş üçüncü referendumun etibarlılığını tanımaqdan imtina edən bütün müstəqillik hərəkatı iştirakçılarını danışıqlar masasına gətirə bilməyib.

Vurğulanıb ki, hökumət zor gücünə addımlarını davam etdirərək Fransa Dövlət Şurasının Yeni Kaledoniyanın institusional gələcəyi və xüsusilə də müstəqilliyin əleyhinə olanların israrla tələb etdikləri seçkilərdə səs vermək hüququna malik olanların sayının artırılması ilə bağlı rəyini istəyib. Ali orqan 2023-cü il dekabrın 7-də öz rəyini bildirib və Yeni Kaledoniyanın institusional gələcəyini tənzimləmək, 1998-ci il Numea razılaşması ilə yaradılmış seçki qaydalarını dəyişmək üçün konstitusiyaya yenidən baxılmasını tövsiyə edib.

“Alber Kamü deyirdi ki, “Prosesləri öz adları ilə adlandırmamaq dünyaya əlavə bədbəxtlik gətirməkdir”. Beləliklə, aydın şəkildə deyək: Yeni Kaledoniya məsələsi müstəmləkəçiliyə məruz qalan xalqların öz müqəddəratını təyinetmə hüququna aiddir və heç bir şəkildə seçki qanunu qarşısında vətəndaşlarının bərabərliyi məsələsi ilə bağlı fransızların qərarına aid deyil. 1960-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1514 saylı qətnaməsi ilə “Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında Bəyannamə” qəbul edildi.

1986-cı ildən Yeni Kaledoniya dekolonizasiya ediləcək ərazilər siyahısına daxil olunub. Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya üzrə xüsusi komitəsi hər il vəziyyətə nəzarət edir və Fransa ilə bağlı tövsiyələr verir. Müstəqillik əleyhinə olanlar bir neçə dəfə cəhd göstərsələr də, Yeni Kaledoniyanın dekolonizasiya ediləcək ərazilər siyahısından çıxarılmasına nail ola bilməyiblər.

Odur ki, Birləşmiş Millətlər Təşkilatının 1945-ci il Nizamnaməsini, daha sonra isə 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsini hazırlayan ölkələrdən biri və Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa ərazilərin dekolonizasiyası ilə bağlı Nizamnamənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərdən necə qurtulmağa çalışa bilər?

Hamımız razılaşa bilərik ki, Yeni Kaledoniyada uzun müddət tətbiq edilən məqsədli məskunlaşma siyasətinə görə hər şey asan deyil. 1998-ci ildə Numea razılaşmasının preambulasında Kanak xalqına - yerli xalqa qarşı törədilən zorakılıqlar ilk dəfə olaraq rəsmi şəkildə etiraf edilir.

Belə olan halda, 25 il sonra idarəedən gücün hökuməti necə təsəvvür edir ki, Yeni Kaledoniyanın gələcəyini kanakların azlığı ilə nəticələnəcək, səsvermə hüququna malik şəxslərin sayının artırılması yolu ilə Fransa qanunlarına əsasən həll olunacaq?

Əgər rəyə ehtiyac varsa, bu, şübhəsiz ki, Fransanın məhkəməsi deyil, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılmış yeganə müvafiq beynəlxalq orqan - qərargahı Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) olmalıdır.

Məhkəmə müvafiq tərəflər arasında ziddiyyətli debatdan sonra hüquqi rəy vermək səlahiyyətinə malikdir. Bu, Mavriki ilə Birləşmiş Krallıq arasındakı Şaqos adaları, İsrail tərəfindən tikilən divar və ya keçmiş Fransız-İngilis kondominiumu olan Vanuatu tərəfindən təqdim edilən iqlim dəyişikliyi ilə bağlı məsələlərdə özünü göstərib”, - deyə o əlavə edib.

Fəxri hüquqşünas üzünü parlamentarilərə tutaraq bildirib: “Siz Konstitusiyaya Yeni Kaledoniya ilə bağlı hər hansı dəyişikliyə səs verməkdən imtina etməklə və Fransa hökumətinə “idarəedici güc” kimi məsələni BMT-nin Baş Assambleyası vasitəsilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsini təmin etsəniz, mandatınıza hörmət bəsləmiş olarsınız. Beynəlxalq Ədalət Məhkəməsi bir maraqlı tərəfə öz arqumentlərini təqdim etməyə icazə verəcək. “Qanunla sülhün qurulması” Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Sülh Sarayının devizidir”.




Baxış sayı: 120
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031