FACT-INFO.AZ » XƏBƏR » Argentinanın “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş buraxılışı işıq üzü görüb
9-01-2017, 09:35 | XƏBƏR
Argentinanın “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş buraxılışı işıq üzü görüb

Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə bu ölkənin ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomática” jurnalının “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların odlar yurdunda inkişaf və sülh” adlı buraxılışı işıq üzü görüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Imagen Diplomática”nın Azərbaycana həsr olunan bu sayı jurnalın 10 illik yubiley buraxılışıdır.

Üz qabığında Heydər Əliyev Mərkəzinin əks olunduğu jurnalda “Azərbaycan və onun inkişaf strategiyası”, “Argentina və Azərbaycan”, “Argentina və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr davam edir”, “Azərbaycanda turizm”, “Polo və çövkən”, “Bakıda “Formula-1 Qran-prisi”, “Azərbaycan şərabları”, “La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrası”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş”, “Azərbaycan: Odlar diyarı... Qafqazın incisi”, “Azərbaycan xalçaları: toxuma mədəniyyəti”, “Bakı şəhərinin memarlığı”, “Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” mövzusunda ölkəmizi müxtəlif tərəflərdən təqdim edən məqalələr və fotoşəkillər yer alıb.

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun müəllifi olduğu “Azərbaycan və onun inkişaf strategiyası” başlıqlı məqalədə ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın, habelə teatr, opera, balet kimi mədəniyyət nümunələrinin əsasının qoyulduğu bildirilib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirlər, Azərbaycan-Argentina münasibətləri barədə ətraflı məlumat verilib. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayrılıb, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bunun nəticəsi olaraq 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ölkəmizin haqlı mövqeyini dəstəkləyən sənədlər barədə məlumat əks olunub.

 “Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” başlıqlı məqalədə “Son 20 ildə Azərbaycan proqressiv sosial inkişafa imkan verən iqtisadi artımın uğurlu modelini qurub... Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi sabitlik möhkəmləndirilib, ölkə qlobal iqtisadiyyatda mühüm rol qazanıb”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş” başlıqlı məqalədə “Son 10 ildə Azərbaycan iqtisadiyyatının gücü və illik artımı 13 faiz olmaqla inkişafı onu Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevirib... Qarşıdan gələn illərdə siyasi sabitliyi, enerji resurslarının istifadəsinin genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyində rolu sayəsində Azərbaycanın Xəzər dənizi regionunda iqtisadi güc mərkəzi statusunun güclənməsinin şahidi olacağıq”, “Azərbaycanda turizm” məqaləsində “Səfər edən hər kəs üçün Azərbaycan inkişaf etmiş, tarix və müasirliyi, təbiət və texnologiyanı, sülh və hərəkətliliyi özündə birləşdirən bir məkandır. Bunun sayəsində “Odlar Yurdu” bütün dünyadan bura gələn turistləri, xüsusilə də argentinalıları cəlb edir” kimi fikirlər yer alıb.




Baxış sayı: 1 758
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30