FACT-INFO.AZ » SİYASƏT » Təzyiq və təhdidlər Azərbaycanı mövqeyindən döndərə bilməz
3-02-2024, 08:30 | SİYASƏT
Təzyiq və təhdidlər Azərbaycanı mövqeyindən döndərə bilməz

Azərbaycan Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdikdən sonra dünya birliyindəki reytinqi daha da yüksəldi. Cəmi 32 illlik müstəqillik tarixi olan ölkəmizin bütün sahələr üzrə sürətli inkişafını və dünya birliyinə sürətli inteqrasiyasını həzm edə bilməyən bəzi dövlətlər və təşkilatlar tərəfindən təzyiq və təhdidlərə məruz qalması beynəlxalq aləmdə baş alıb gedən ikili standartların, islamofobiyanın, azərbaycanofobiyanın və türkofobiyanın nəticəsidir. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra ABŞ və Avropanın qanunverici orqanlarında, institutlarında, müəyyən ekspert dairələrində, həmçinin media qurumlarında Azərbaycanın “cəzalandırılması” ilə bağlı müzakirələrə, təhdid və təzyiqlərə start verildi.

Bu fikirləri Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Polad Mehdiyev bildirib.

Hüquqşünas son illər anti-Azərbaycan qüvvələr, Qərbin və Avropanın ermənipərəst diplomatları, həmçinin bəzi qərəzli beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı ədalətsizliyin, təzyiq və təhdidlərin artığını bildirib. O, bunun əsas səbəbinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz qüvvəsi ilə bərpa etməsi, Qarabağda genişmiqyaslı yenidənqurma, abadlıq-tikinti işlərinə start verilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qaytarılması və bütün sahələr üzrə sürətli inkişafının qəbul edilməməsi ilə əlaqələndirib. Polad Mehdiyev ABŞ kimi qüdrətli dövlətin də ölkəmizə qarşı qərəzli mövqeyindən təəssüfləndiyni bildirib.

P.Mehdiyev bir sıra faktları diqqətə çatdırıb. Bildirib ki, 2023-cü il sentyabrında ABŞ Konqresində Laçın yolundakı vəziyyətlə bağlı keçirilən dinləmə zamanı Azərbaycan hökuməti ermənilərə soyqırımı törətmə cəhdində təqsirləndirilmişdi. Halbuki soyqırımını ermənilər azərbaycanlılara qarşı törədib. Həmçinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvinə, humanitar yardım dəhlizi aktının və Qlobal Maqnitski aktı ilə sanksiyaların tətbiq olunmasına çağırış edilmişdir: “Bundan bir həftə sonra, sentyabrın 14-də yenə də Konqresdə Qarabağdakı vəziyyətlə bağlı keçirilmiş ilk dinləmə zamanı dövlət katibinin müavini vəzifəsini icra edən Yuri Kim Azərbaycanın mümkün antiterror tədbirinə işarə vuraraq, “Qarabağ xalqına qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyi”ni bildirmişdi. Noyabrın 15-də bu dəfə də ABŞ Konqresində Azərbaycan əleyhinə ikinci dəfə keçirilmiş “Qarabağ dinləmələri” zamanı Dövlət Departamentinin köməkçisi Ceyms O`Brayen antiterror tədbirləri ilə əlaqədar olaraq, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini demişdi. Xarici Əlaqələr Komitəsinin sədri Tom Kin isə sentyabrın 19-da keçirilən antiterror tədbirlərini hərbi əməliyyat adlandıraraq, Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələrindən və Azərbaycanın Qarabağda güc tətbiq etməsindən məyus olduğunu bildirmişdi. Dinləmələrdən bir gün sonra isə ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul etmiş, “Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin icrasını dayandırmışdı. Bu sənədlə Azərbaycana hərbi yardımın qadağan olunması nəzərdə tutulmuş, Ermənistana isə xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verilmişdi”.

Hüquqşünas Fransanın da ölkəmizə qarşı ədalətsiz mövqeyindən söz açaraq deyib ki, bu ölkə sanki öz gözündəki tiri görməyib, başqa ölkələrin gözündə tük axtarır. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel “qərəz estafeti”ni davam etdirmiş, Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyərək bildirmişdir ki, “Ermənistanın ərazi bütövlüyünün pozulması yolverilməzdir və bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”. Bundan əvvəl isə Aİ-nın rəsmisi bəyanatla çıxış edərək, Azərbaycan tərəfindən keçirilən antiterror tədbirləri zamanı erməni separatçılarına açıq dəstək göstərmiş, “Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatını” pislədiyini bildirmişdi.

P.Mehdiyev AŞPA-nın da ölkəmizə qarşı ədalətsiz, yalan və qərəzli mövqe nümayiş etdirməklə siyasi riyakarlığını ört-basdır edə bilmədiyini diqqətə çatdırıb. Deyib ki, 19 il ərzində işğalçı ölkəni adı ilə çağırmaqda özündə cürət tapmayan AŞPA işğala məruz qalmış ölkəni - Azərbaycanı ittiham edərək oyuncaq qurum olduğunu təsdiqlədi və özünü gülünc vəziyyətinə qoydu. AŞPA qış sessiyasının açılışında ölkəmizin nümayəndə heyətinin mandatını təsdiq etməməklə antidemokratikliyini, saxtakarlığını və riyakarlığıni ört-basdır edə bilmədi. Bu təşkilat kimlərinsə əlində oyuncağa çevrildiyini, istənilən ölkə barəsində qərəzli qərarlar qəbul etmək sifarişini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdi.

“ABŞ Senatında və Konqresində, həmçinin Avropa Parlamentində Azərbaycan əleyhinə keçirilən dinləmələrdə irəli sürülən ağır ittihamların ardınca, Avropa Şurasında da eyni tezislərlə Ermənistanın açıq şəkildə müdafiəsi və Azərbaycan parlament nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi, hər şeydən əvvəl bir gerçəyi ortaya qoyur ki, rəsmi Vaşinqtonla Avropa İttifaqının iki qurucu üzvü – Fransa və Almaniya arasında koordinasiya olunmuş şəkildə həyata keçirilən vahid Cənubi Qafqaz strategiyası mövcuddur. Bu strategiyada isə Azərbaycan dost hesab edilmir. Bütün bunlara baxmayaraq, hər hansı təhdid və təzyiq vasitələri Azərbaycanı tutduğu yoldan döndərə bilməz”, - deyə P.Mehdiyev vurğulayıb. (azertag.az)

 




Baxış sayı: 130
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30