FACT-INFO.AZ » QHT » Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin əsas qayəsini güclü Azərbaycan təşkil edir”
11-01-2024, 14:00 | QHT
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin əsas qayəsini güclü Azərbaycan təşkil edir”

"Prezident İlham Əliyev media nümayəndələri ilə mütəmadi ünsiyyət qurur, onların suallarını cavablandırır, dövlətimizin və xalqımızın həyatında görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək ictimaiyyətə çatdırır. Bu, cənab İlham Əliyevin demokratik xarakterindən və böyük məsuliyyətindən irəli gəlir. Ənənənin davamı olaraq bu il yanvarın 10-da yerli televiziya kanallarına növbəti dəfə müsahibə verən Prezidentimiz dəqiq və səlis nitqi, məntiqli və qiymətli fikirləri ilə ona verilən sualları cavablandırdı, ötən illər ərzində atılmış addımların əhəmiyyətindən danışdı, hadisələrin şərhini verdi. Təbii ki, ölkə başçısının bu müsahibəsi də hər birimizi qürurlandırdı və bizi gələcəyə daha da ruhlandırdı. O, davamlı olaraq inkişaf edən, çiçəklənən, əmin-amanlığın, sabitliyin dərin kök saldığı qüdrətli Azərbaycandan inamla danışdı. Çünki bu uğurların müəllifi bilavasitə cənab İlham Əliyevin özüdür. Onun düşünülmüş, məqsədyönlü siyasətinin əsas qayəsini güclü Azərbaycan təşkil edir ki, bu gün biz onun vətəndaşlarıyıq. Cənab İlham Əliyev Azərbaycanın həyatında gördüyü unikal işlərlə, verdiyi müdrik qərarlarla xalqımızın hər bir nümayəndəsinin səmimi sevgisini və dərin məhəbbətini qazanıb. Onun rəhbərliyi ilə ölkəmiz daim inkişaf edib, uca zirvələr fəth edib, dünyada böyük mövqe sahibi olub".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, xalqı qarşısında Prezident kimi üzərinə götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirən İlham Əliyev cənabları ən böyük vədinə də sadiq qalaraq möhtəşəm Zəfərlə ölkəmizin ərazi bütövlüyünü təmin etdi: "Müsahibəsində Prezidentimiz bu məsələnin üzərində xüsusi olaraq dayandı və Qələbəmizin əhəmiyyətini və rolunu ətraflı izah etdi. Sözsüz ki, bu, böyük tarixdir və bunu dövlətimizin başçısı cənab İlham Əliyev yazıb. Qeyd edək ki, işğala son qoyaraq Azərbaycanın formalaşdırdığı yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və ümumilikdə bütün regionun hərtərəfli inkişafını hədəfləyir. Təəssüf doğuran məqam isə odur ki, buna mane olmağa çalışan dövlətlər də var. Məsələn, nədənsə Fransa bundan çox əndişə keçirir, bölgədə sabitliyi pozmağa çalışır, hətta Ermənistana silah ötürür, münasibətlərin normallaşmasına mane olmağa cəhd edir. Təbii ki, arzuları ürəklərində qalacaq. Necə ki, 30 il havadarlıq etdikləri, hərtərəfli dəstək verdikləri Ermənistanın işğal siyasətini Azərbaycan tamamilə iflasa uğratdı. Prezidentimiz həmçinin müsahibəsində "Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik" mesajını verdi. Ermənistan hakimiyyəti və cəmiyyəti tarixə nəzər salıb bu fikri də ciddi nəzərə almalı, Fransanın yalançı vədlərinə və fitnələrinə uymamalıdır".

"Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə də bağlı məsələlərə münasibət bildirdi. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyi qəti və dəyişməzdir: dəhliz əvvəlki yerdən - Mehri ərazisindən keçməli, Azərbaycan üçün maneəsiz keçid olmalı, təhlükəsizlik təmin edilməli və s. Görürük ki, Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Dəhlizin əhəmiyyətini və onlara gətirəcək xeyri hələ də anlamırlar. Real vəziyyətdə isə onlar daha çox dəhlizin açılmasında maraqlı olmalıdırlar, əks təqdirdə yenə də bir çox layihələrdən kənarda qalacaqlar. Dövlətimizin başçısı növbədənkənar prezident seçkiləri ilə də bağlı fikirlərə aydınlıq gətirdi. Azərbaycanın tarixində yeni dövr başlayıb, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub, dövlətimizin suverenliyi təmin olunub. Həqiqətən də, bir xalq olaraq çox xoşbəxtik ki, ötən illərə nəzər salanda, həll edilməmiş bir problemimizin qaldığını, reallaşmayan arzumuzu görmürük və gələcəyə yeni arzularla gedirik. Biz bu seçkilərə müzəffər xalq kimi qatılacağıq, qürurla seçimimizi edəcəyik. Bunu tarix sübut edir ki, qədirbilən xalqımız seçimində müdrikdir, öz gələcəyini, Vətəninin parlaq sabahını etibarlı, sınanmış, təcrübəli şəxsə etibar edir. İnanırıq ki, İlham Əliyev cənablarının rəhbərliyi ilə bizi gələcəkdə daha böyük qələbələr, fəth ediləcək zirvələr, o cümlədən dirçəlmiş, sakinlərini bağrına basmış Qarabağımız gözləyir", - Milli Məclisin deputatı bildirib.

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Prezidentimiz də bu məsələyə toxundu və bunu böyük hadisə adlandırdı. Məlumdur ki, Azərbaycan uzun illərdir beynəlxalq və regionlar tədbirlərin, qlobal əhəmiyyətli müzakirələrin aparıldığı və dünyanı narahat edən problemlərlə bağlı vacib qərarların qəbul edildiyi məkan kimi tanınır. Və ev sahibliyi etdiyi bütün tədbirlər yüksək səviyyədə və nümunəvi şəkildə təşkil olunur. Məhz bunun davamıdır ki, bu cür qlobal tədbirlərin Azərbaycanda keçirilməsinə etibar olunur. Təbii ki, COP29 indiyədək ölkəmizdə keçirilən digər tədbirlərdən əhəmiyyətinə və miqyasına görə xeyli fərqlənir. Prezident İlham Əliyevin də dediyi kimi bu, BMT Baş Assambleyasından da daha mötəbərdir. Bir sözlə, Bakı tədbir çərçivəsində beynəlxalq mərkəz rolunda çıxış edəcək, 80 minə yaxın xarici qonağı qarşılayacaq. Əminik ki, Azərbaycan bunun da öhdəsindən layiqincə gələcək", - Səttar Möhbalıyev əlavə edib.




Baxış sayı: 130
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30